İdman
Qurbanovdan QƏLƏBƏ ŞƏRHİ - “Həmişə demişəm ki...”
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşıb.
Publika.az xəbər verir ki, 5:1 hesabı ilə qalib gələn “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun oyundan sonra mətbuat konfransı keçirilib. Qurbanov yaxşı bir oyun olduğunu bildirib:
“İlk öncə komandamı təbrik edirəm. Çox vacib qələbə qazandıq.
Oyuna gəldikdə isə, get-gedə futbolçular bir-birini daha yaxşı anlayırlar. Vaxt keçdikcə daha da uyğunlaşacaqlar. Yaxşı bir oyun oldu, bolqollu, azarkeşlərin gözlədiyi kimi oldu. Bununla belə, rəqibə də uğurlar arzulayıram.
Bu cür qalibiyyətlər xoş olur. Belə hesab istəyirdim, amma gözləmirdim.
Hikmət Cəbrayılzadə bir neçə aydır bizimlədir. Aftandil (məşqçi Aftandil Hacıyev) müəllim təklif etmişdi. Gəldiyi gündən özünü yaxşı tərəfdən göstərdi. Yaxşı fiziki qabaritləri var. Onu tam əminliklə götürmüşəm komandaya. Amma yenə də, çalışmaq lazımdır.
Belə oyunlar olur, amma qol buraxdıqdan sonra qalib gəlmək çox vacibdir. Keçmişdə olan “Lex”lə oyun barədə ümumiyyətlə düşünmədim. Nə oyunun gedişində, nə də oyundan sonra…
Həmişə demişəm ki, futbolçularımın sağlam olmasını istəyirəm. Fərqi yoxdur, start heyətdə çıxdı və ya sonradan oyuna daxil oldu. Hər bir futblçunun özünəməxsus keyfiyyətləri var.
Növbəti rəqib haqda düşünmürəm. Ümumiyyətlə, arzuladığım rəqib yoxdur. Kim olursa olsa, elə də fərq eləmir. Çünki bu mərhələ artıq qrup kimi bir şeydir. Ona görə, artıq qarşıdakı oyuna hazırlaşacağıq.
Hansısa bir yük varsa, deməli, orda iş keyfiyyəti də yüksək olur. Qaldı ki, meydanda tək qalmaq, “Sabah” da, bilmək olmaz, çıxışını davam etdirə bilər. Mən həmişə demişəm, azərbaycanlıların dediyi hər bir söz, tənqid mənim üçün önəmlidir. Belə olan halda daha məsuliyyətli, daha aktiv olursan”.
İlk oyunda da qələbə (1:0) qazanan Ağdam təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıb.
Heybət Məmmədov
-
Dünya01:407,2 bal gücündə zəlzələ oldu: yaralı sayı artdı - YENİLƏNDİ
-
Qoroskop01:20Günün ulduz falı: Özünüzə güvəniniz artacaq
-
Magazin18 Dekabr 23:35"Həbsdə olanda bu anı xəyal etmişdim" - Rəqsanə ağladı
-
İdman8 Dekabr 22:16İran şokda: DÇ-2026-da millinin oyunu LGBT-yə həsr olunacaq
-
Sosial8 Dekabr 22:04Yeni ildə neçə gün iş olmayacaq?
-
Avropa8 Dekabr 21:13Bu ölkə COVID dövrünə qayıda bilər - Əhaliyə maska xəbərdarlığı
-
Sosial8 Dekabr 20:30Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: Ətrafdakı tikililər üçün TƏHLÜKƏ - FOTO
-
İdman8 Dekabr 20:05Vernidub Bakıya gəldi, “Neftçi” ilə anlaşdı - Müqavilənin detalları













.jpg)




.jpg)







.jpg)

.jpg)







