Yay transfer dövründə ən çox zərər edən klublar - SİYAHI
Bizi izləyin

İdman

Yay transfer dövründə ən çox zərər edən klublar - SİYAHI

Cari mövsüm yay transfer pəncərəsində ən mənfi balansa malik 10 klubun adı açıqlanıb.

Publika.az xəbər verir ki, məşhur "Transfermarkt" portalı bununla bağlı hesabat dərc edib.

Bu göstəricidə mövsümlərarası dövrün lideri "Mançester Yunayted"dir. "Qırmızı şeytanlar" transfer əməliyyatlarında 230 milyon avro zərər ediblər.

İkinci sırada bu mövsüm transferlərə böyük pullar xərcləyən "Arsenal" qərarlaşıb. Üçüncü sırada isə İspaniya nəhəngi "Real" qərarlaşıb.

Yay mövsümlərarası transfer balansı:

-230 milyon avro – Mançester Yunayted (İngiltərə)
-216 milyon avro – Arsenal (İngiltərə)
-166 milyon avro – Real (İspaniya)
-144 milyon avro – Mançester Siti (İngiltərə)
-116 milyon avro – Əl-Qədi­siyə (Səudiyyə Ərəbistanı)
-111 milyon avro – Sanderlend (İngiltərə)
-110 milyon avro – Tottenhem (İngiltərə)
-107 milyon avro – Atletiko (İspaniya)
-97 milyon avro – Liverpul (İngiltərə)
-96 milyon avro – PSJ (Fransa)

Heybət

Resim

Oxumağa davam et
Reklam
Reklam

Gündəm