UEFA Superkuboku matçından sonra irqçilik qalmaqalı: "Tottenhem" bəyanat yaydı
Bizi izləyin

İdman

UEFA Superkuboku matçından sonra irqçilik qalmaqalı: "Tottenhem" bəyanat yaydı

“Tottenham” hücumçu Matis Telə qarşı sosial şəbəkələrdəki irqçi təhqirlərə münasibət bildirib.

Publika.az xəbər verir ki, klub bununla bağlı rəsmi saytında bəyanat yayıb:

“Biz Matis Telə qarşı sosial şəbəkələrdə törədilən irqçi təhqirlərə qəti etiraz edirik. Matis cəsarət və dözüm göstərərək məsuliyyəti üzərinə götürdü, amma onu təhqir edənlər sadəcə anonim profillərin arxasında gizlənən qorxaq insanlardır.

Biz hər hansı bir şəxsi müəyyən edə bilsək, həmin şəxslərə qarşı ən sərt tədbirləri görmək üçün hakimiyyət orqanları və sosial şəbəkə platformaları ilə əməkdaşlıq edəcəyik.

Biz səni dəstəkləyirik, Matis”.

20 yaşlı fransız oyunçu UEFA Superkuboku çərçivəsində PSJ ilə (2:2, pen-3:4) matç penaltilər seriyasında sonuncu zərbəni dəqiq vura bilməmişdi.

Qeyd edək ki, bu ilin yayında “Tottenham” Matis Teli “Bavariya”dan transfer edib. Əvvəlki mövsümün ikinci yarısını oyunçu icarə əsasında London klubunda keçirmişdi.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm