Bolqarıstandan Bakıya görün nə qədər azarkeş gəlib
Bizi izləyin

İdman

Bolqarıstandan Bakıya görün nə qədər azarkeş gəlib

UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivsində bu gün Bakıda keçiriləcək "Sabah" - "Levski" matçında qonaqlar dəstəksiz qalmayacaq.

Publika.az xəbər verir ki, bu barədə "Sportal.bg" məlumat yayıb.

Matçı izləmək üçün Bolqarıstandan Azərbaycana təqribən 300 azarkeş gəlib. Onların bir qismi komanda ilə birgə Bakıya səfər edib. Digərləri isə özləri avtomobillə İstanbula, oradan isə hava yolu ilə paytaxtımıza gəliblər.

Xatırladaq ki, "Əlincə Arena"da keçiriləcək oyun saat 21:00-da başlayacaq. Sofiyada keçirilən ilk matçda Bolqarıstan təmsilçisi 1:0 hesabı ilə qələbə qazanıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm