Bundesliqanın dəyəri ən çox artan futbolçuları: Siyahıda türk də var
Bizi izləyin

İdman

Bundesliqanın dəyəri ən çox artan futbolçuları: Siyahıda türk də var

“Bayern”in vingeri Maykl Olise Almaniya çempionatında dəyəri ən çox artan futbolçular siyahısına başçılıq edir.

Publika.az xəbər verir ki, bu barədə "Transfermarkt" portalının oyunçuların transfer dəyərlərini yeniləməsindən sonra məlumat yayılıb.

Bildirilir ki, fransalı futbolçunun dəyəri 30 milyon avro artaraq 130 milyon avroya çatıb.

İkinci pillədə “Ayntraxt”ın türk yarımmüdafiəçisi Can Uzun qərarlaşıb. Onun qiyməti 27 milyon avro artıb. Üçüncü yeri isə “Bayern”in 17 yaşlı vingeri Lenart Karl tutub. Onun bazar dəyəri 18,5 milyon avro yüksəlib.

"Transfermarkt" versiyasına görə, 2025-ci ilin oktyabrında Bundesliqada ən çox bahalaşan futbolçular:

1. Maykl Olise (“Bayern”) - 130 milyon avro (+30 milyon).
2. Can Uzun (“Ayntraxt”) - 45 milyon avro (+27 milyon).
3–4. Lenart Karl (“Bayern”) - 20 milyon avro (+18,5 milyon).
3–4. Yan Diomand (“Leypsiq”) - 20 milyon avro (+18,5 milyon).
5–7. Kərim Adeyemi (“Borussiya” D) - 60 milyon avro (+15 milyon).
5–7. Carell Kuansa (“Bayer L”) - 35 milyon avro (+15 milyon).
5–7. Səid əl-Mala (“Köln”) - 18 milyon avro (+15 milyon).

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm