Ançelotti Braziliyanın tarixinə düşmək istəyir: Bu yolla
Bizi izləyin

İdman

Ançelotti Braziliyanın tarixinə düşmək istəyir: Bu yolla

İtalyan mütəxəssis, Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti komandanın oyununu və yaxınlaşan dünya çempionatında qələbə perspektivlərini şərh edib.

Publika.az xəbər verir ki, o növbəti il baş tutacaq mundialda tairxi uğura imza atmaq istədiyini bildirib:

“Braziliyalı futbolçuların gözəl futbol oynamaq üçün imkanları var, amma gözəl futbol deyəndə nə nəzərdə tutulduğunu anlamaq lazımdır. Braziliyalı oyunçuların fərdi keyfiyyətləri var, amma bunlar komanda işi və topsuz hərəkətlə birləşir ki, bu da futbolda çox önəmlidir.

Məqsədim Braziliya millisinin uğrunda bütün qüvvəmi vermək, ondan mümkün olan ən keyfiyyətli oyunu tələb etmək və dünya çempionatında qələbə qazanmaqdır. Təbii ki, heç bir xarici mənşəli məşqçi hələ dünya çempionatını qazanmayıb, amma həyatda hər şey ilk dəfə baş verir”.

Qeyd edək ki, futbol üzrə dünya çempionatı 2026-cı ilin yayında ABŞ, Kanada və Meksikada keçiriləcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm