İdman
DÇ-2026-ya vəsiqə qazanan 28 ölkə: Kim necə bacarıb?

2026-cı ildə Kanada, Meksika və ABŞ-da keçiriləcək futbol üzrə dünya çempionatına vəsiqə qazanan komandaların sayı 28-ə çatıb.
Publika.az xəbər verir ki, ötən gecə baş tutan görüşlərdə daha bir neçə komanda mundialda iştirak etmək hüququ qazanıb. Bunlar Avropadan İngiltərə, Afrikadan Seneqal və Kot-d'İvuardır.
Lakin 20 vəsiqənin sahibi müəyyənləşməyib. Noyabrda keçiriləcək görüşlərdə daha bir neçə komanda bu hüquqa yiyələnəcək. Martda isə seçmə mərhələyə ümumi olaraq yekun vurulacaq.
DÇ-2026-ya vəsiqə qazanan komandalar:
1. Kanada - ev sahibi ölkə
2. Meksika - ev sahibi ölkə
3. ABŞ - ev sahibi ölkə
4. Yaponiya - Asiyada C qrupunun qalibi (20 mart 2025)
5. Yeni Zelandiya - Okeaniyada üçüncü mərhələnin qalibi (24 mart 2025)
6. İran - Asiyada A qrupunun qalibi (25 mart 2025)
7. Argentina - Cənubi Amerikada seçmə mərhələnin qalibi (25 mart 2025)
8. Özbəkistan - Asiyada A qrupunun ikinci yeri (5 iyun 2025)
9. Koreya - Asiyada B qrupunun qalibi (5 iyun 2025)
10. İordaniya - Asiyada B qrupunun ikinci yeri (5 iyun 2025)
11. Avstraliya - Asiyada C qrupunun ikinci yeri (10 iyun 2025)
12. Braziliya - Cənubi Amerikada birbaşa vəsiqə qazanıb (11 iyun 2025)
13. Ekvador - Cənubi Amerikada birbaşa vəsiqə qazanıb (11 iyun 2025)
14. Uruqvay - Cənubi Amerikada birbaşa vəsiqə qazanıb (4 sentyabr 2025)
15. Kolumbiya - Cənubi Amerikada birbaşa vəsiqə qazanıb (4 sentyabr 2025)
16. Paraqvay - Cənubi Amerikada birbaşa vəsiqə qazanıb (4 sentyabr 2025)
17. Mərakeş - Afrikada E qrupunun qalibi (5 sentyabr 2025)
18. Tunis - Afrikada H qrupunun qalibi (8 sentyabr 2025)
19. Misir - Afrikada A qrupunun qalibi (8 oktyabr 2025)
20. Əlcəzair - Afrikada G qrupunun qalibi (9 oktyabr 2025)
21. Qana - Afrikada I qrupunun qalibi (12 oktyabr 2025)
22. Kabo-Verde - Afrikada D qrupunun qalibi (13 oktyabr 2025)
23. Cənubi Afrika Respublikası - Afrikada C qrupunun qalibi (14 oktyabr 2025)
24. Qətər - Asiyada dördüncü mərhələnin A qrupunun qalibi (14 oktyabr 2025)
25. İngiltərə - Avropada K qrupunun qalibi (14 oktyabr 2025)
26. Səudiyyə Ərəbistanı - Asiyada dördüncü mərhələnin B qrupunun qalibi (14 oktyabr 2025)
27. Fil Dişi Sahili - Afrikada F qrupunun qalibi (14 oktyabr 2025)
28. Seneqal - Afrikada B qrupunun qalibi (14 oktyabr 2025)
Heybət
-
Nida Xəbər 11:42
Ramiz Mehdiyevin ailə bankı ciddi zərər gördü
-
Nida Xəbər 10:18
Ramiz Mehdiyevin qızı bu vəzifənin sahibidir
-
Magazin109:48
Zaur Baxşəliyev məhkəmədə ifadə verdi: Efirdəki bu sözünə görə
-
Nida Xəbər 09:24
Ramiz Mehdiyevin biznes imperiyası: Görün nələri var
-
Dünya09:00
Pakistan-Əfqanıstan sərhədində şiddətli döyüşlər başladı
-
İqtisadi gündəm08:00
Qızılın qiyməti rekord qırdı
-
Magazin206:16
Şakiradan iddialı FOTOLAR
-
Avropa05:15
QANDONDURAN CİNAYƏT - Qızlarını 27 il əsirlikdə saxladılar