"Qarabağ"ın bu futbolçusu 10 il əvvəl "Atletik"ə qarşı oynayıb: Görün kimdir - FOTO
Bizi izləyin

İdman

"Qarabağ"ın bu futbolçusu 10 il əvvəl "Atletik"ə qarşı oynayıb: Görün kimdir - FOTO

Bu gün UEFA Çempionlar Liqasının 3-cü turunda "Qarabağ" "Atletik Bilbao"nun qonağı olacaq.

Publika.az xəbər verir ki, "San Mames" stadionunda keçirilən qarşılaşma bu komandaların ilk dueli kimi əlamətdar olacaq.

Lakin "Qarabağ"ın azərbaycanlı futbolçulardan biri üçün "Atletik"lə bu gecə baş tutacaq görüş ikinci duel olacaq. Söhbət "köhlən atlar"ın müdafiəçisi Abbas Hüseynovdan gedir.

Azərbaycan millisinin üzvü hələ "İnter"də (red - indiki "Şamaxı") çıxış edərkən 2015-ci ilin iyulunda Bilbaoya səfər edib. Bu, UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk görüşünə təsadüf edib. Həmin vaxt 20 yaşı olan Abbas "San Mames" arenasında keçirilən qrşılaşmanın ikinci hissəsində 30 nömrəli formada meydana daxil olub. O, İlkin Qırtımovu əvəzləyib.

"Atletik"in hazırda liderlərindən olan Emerik Laport isə həmin görüşün iştirakçısı olmasa da, onun adı matçın iştirak ərizəsində olub. Son Avropa çempionu 10 il əvvəlki qarşılaşmada ehtiyatda qalıb. "Atletik" - "İnter" matçı İspaniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bakıdakı görüşdə isə qapılara qol vurulmayıb. Abbas Hüseynov isə həmin qarşılaşmanı buraxıb.

Qeyd edək ki, “Atketik” - “Qarabağ” oyunu bu gün saat 20:45-də “San Mames” stadionunda keçiriləcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm