İdman
"Qarabağ"ın "Atletik"ə qarşı oynamış sabiq futbolçusu: Mən də elə fikirləşənlərdənəm
.jpg?v1761136700)
"Həqiqətən bizi yaxşı və maraqlı qarşılaşma gözləyir. "Qarabağ"ımıza inam böyükdür".
Bu sözləri Publika.az-a açıqlamasında sabiq futbolçu Rauf Əliyev Ağdam klubunun Çempionlar Liqasının 3-cü turunda "Atletik"lə bu gün keçiriləcək oyunu ilə bağlı fikirlərini bölüşərkən deyib. "Köhlən atlar"ın keçmiş forvardı bu görüşdə sensassiyaya inanlardan biri olduğunu bildirib:
"İlk 2 oyundan sonra komandada yaxşı əhval-ruhiyyə var. Gözləntilər çoxdur. İspaniya klubları haqqında elə də geniş danışmağa ehtiyac yoxdur. Onlar oynadıqları hər turnirdə iddialıdırlar. "Atletik"in heyətində İspaniya millisində oynayan futbolçular var. Bir tərəfdən fikirləşəndə yaxşı rəqibdir. Amma bir çox insanda inam var ki, "Qarabağ" səfərdən sərfəli nəticə ilə dönəcək. Mən də elə fikirləşənlərdən biriyəm".
Rauf Əliyev 10 il əvvəl "İnter"in heyətində Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Atletik"ə qarşı hər iki görüşdə (0:2, 0:0) iştirak edib. O, həmin oyunları belə xatırlayır:
"O vaxt da "Atletik"in heyəti güclü idi. Bir neçəsi İspaniya milli komandasının üzvləri idi. Amma biz onlara qarşı yaxşı mübarizə aparmışdıq. O vaxtkı "İnter"lə indiki "Qarabağ" arasında böyük fərq var. Ağdam klubunun heyətində daha səviyyəli, təcrübəli futbolçular çoxdur. Buna görə deyirəm ki, "Qarabağ" "Atletik"lə səfər oyunundan yaxşı nəticə ilə qayıda bilər".
Qeyd edək ki, “Atketik” - “Qarabağ” oyunu bu gün saat 20:45-də “San Mames” stadionunda keçiriləcək.
Heybət Məmmədov
-
Nida Xəbər 16:37
"Səmavi dinlər" layihəsi Vatikanda təqdim edildi
-
İqtisadi gündəm15:52
Yaşayış minimumu bu qədər artırılır
-
İdman15:13
"Qarabağ" "Atletik"ə qalib gəlsə... - Görün futbolçular nə qədər mükafat alacaq
-
Rəsmi xronika14:48
İlham Əliyev Yaqub Eyyubova "İstiqlal" ordenini təqdim etdi - YENİLƏNDİ
-
Rəsmi xronika14:02
Onlara verilən pulun məbləği 50 faiz artırıldı - Prezident təsdiqlədi
-
Köşə13:06
Abubakarın “Neftçi”yə transferində Adnan Əhmədzadə izi
-
Rəsmi xronika12:58
İlham Əliyev fərman imzaladı
-
Dünya12:40
Türkiyənin yeni pilotsuz təyyarəsi F-35-ləri təhdid edir - İsraildən etiraf