Haalandın məhdud sayda olan 250 minlik yeni "oyuncağı" - FOTO/VİDEO
Bizi izləyin

İdman

Haalandın məhdud sayda olan 250 minlik yeni "oyuncağı" - FOTO/VİDEO

Ulduz futbolçu Erlinq Haaland diqqət mərkəzinə düşüb.

Publika.az xəbər verir ki, o, bu günə qədər sahib olduğu ən dəbdəbəli avtomobildə - dəyəri 250 min funt sterlinq olan yeni "Lamborghini"də görüntülənib. “Mançester Siti”nin 25 yaşlı hücumçusu məşq bazasından çıxarkən nadir, mat-yaşıl rəngli "Hurakan Sterrato"nu idarə edərkən kameralara düşüb.

602 at gücünə malik bu superkar məhdud saydadır. Cəmi 1499 ədəd istehsal olunub. Modelin buraxılışına 2023-cü ilin fevralında start verilib.

"Hurakan Sterrato" 100 km/saata sürətə 3,4 saniyəyə çatır. Maksimum sürəti 260 km/saata çatır.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm