RFEF qərarını verdi: Flik “El-klasiko”nu buraxacaq?
Bizi izləyin

İdman

RFEF qərarını verdi: Flik “El-klasiko”nu buraxacaq?

İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi “Barselona”nın baş məşqçi Hansi Flikin qırmızı vərəqəsinə dair apellyasiyasını rədd edib.

Publika.az xəbər verir ki, Kataloniya klubu apellyasiyada Flikin eyni hərəkətə görə iki dəfə cəzalandırıldığını qeyd edib. Lakin RFEF arqumentləri yetərli saymayıb və qərarı qüvvədə saxlayıb.

"Mundo Deportivo"nun məlumatına görə, “Barsa” məsələni RFEF-in apellyasiya komitəsinə daşımaq niyyətindədir.

La Liqanın 9-cu turunda “Jirona” ilə oyunda Flik 91-ci dəqiqədə iki sarı vərəqə alaraq meydandan qovulub. O, hakimə qarşı jestinə və xəbərdarlığa emosional reaksiyasına görə cəzalandırılmışdı.

“Barselona” La Liqanın 10-cu turunda, 26 oktyabrda “Real”la qarşılaşacaq. Flik “El-klasiko”nu buraxmalı olacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm