“Ferrari”nin yeni superkarını sınaqdan keçirdi - VİDEO
Bizi izləyin

İdman

“Ferrari”nin yeni superkarını sınaqdan keçirdi - VİDEO

Formula-1-də “Ferrari” komandasının pilotu Şarl Lekler “Skuderiya”nın “Le Man” marafonunun qalibi Antonio Covinatsi ilə birlikdə yeni “Ferrari 849 Testarossa” superkarını sınaqdan keçirib.

Publika.az xəbər verir ki, avtomobil sentyabrın ortalarında təqdim edilib, test yürüşləri isə təqdimatdan iki həftə əvvəl “Fiorano” trasında baş tutub. Lakin test-drayvın videosu yalnız indi yayımlanıb.

“Qaz pedalının reaksiyası mənə çox xoş təsir bağışladı. Gücün böyük olduğunu hiss edirsən, amma bu səni təəccübləndirmir. Hər şey çox əladır – əyləclər, istiqamət dəyişimi, avtomobilin reaksiyası. Sükan arxasında özünü çox inamlı hiss edirsən”, – deyə Lekler bildirib.

Covinatsi isə əlavə edib: “Maşın çox sabitdir, hətta böyük gücdən istifadə etdikdə belə. Qaz verərkən də idarəetmə təhlükəsiz hiss olunur. Nəzarəti itirmək kimi bir hiss yaranmır.”

“Ferrari 849 Testarossa” brendin cərgəsində “SF90 Stradale”-i əvəz edir və onun adı “Ferrari” tarixinin ən məşhur avtomobillərindən birinə – 1984-1996-cı illərdə istehsal edilmiş “Testarossa”ya istinad edir. “849 Testarossa” 4,0 litrlik tvin-turbo V8 mühərriki ilə təchiz olunub, üç elektrik mühərriki ilə tamamlanır. Birləşdirilmiş güc aqreqatının gücü 1050 at gücünə bərabərdir. “Ferrari 849 Testarossa” 100 km/saata 2,3 saniyədən az vaxta sürətlənir ki, bu da “SF90 Stradale”-dən 0,2 saniyə tezdir. Yeni modelin maksimal sürəti 330 km/saatdan çoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm