Bu ulduz “Real”la müqaviləni uzatmaq istəyir, amma çətin ki…
Bizi izləyin

İdman

Bu ulduz “Real”la müqaviləni uzatmaq istəyir, amma çətin ki…

David Alaba “Real”da qalmaq istəyir, lakin onun istəyi çətin ki, reallaşsın.

Publika.az xəbər verir ki, Avstriya millisinin 33 yaşlı müdafiəçisinin “kral klubu” ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. O, bu mövsüm bütün yarışlarda 4 oyun keçirib.

İnsayder Florian Plettenberqin sözlərinə görə, Alaba Madrid klubu ilə yeni müqavilə əldə etmək üçün mübarizə aparır. David lider sayılır və komanda daxilində nüfuzu var.

Lakin hazırda “Real”ın futbolçunun müqaviləsini uzatması ehtimalı çox azdır.

Alaba azad agent ola bilər, lakin avstriyalı karyerasını bitirmək barədə düşünmür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm