ABŞ
Vaşinqtonda mühüm görüş: Mərkəzi Asiyanın sərvətləri uğrunda rəqabət başlayır
ABŞ prezidenti Donald Tramp beş Mərkəzi Asiya ölkəsinin lideri ilə görüşəcək.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qeyd olunur ki, görüşlər ABŞ-ın regionda təsirinin artmasına xidmət edəcək. Trampın görüşəcəyi liderlər Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləridir. Agentlik xatırladır ki, bu ölkələr uzun illər Rusiyanın güclü təsiri altında olublar, son dövrlərdə isə Çin bölgəyə marağını artırıb.
Məlumata görə, liderlərin Vaşinqtondakı görüşləri Mərkəzi Asiyanın zəngin mineral ehtiyatları uğrunda qlobal rəqabətin güclənməsi fonunda baş tutacaq.
“ABŞ mühüm mineralların və enerji resurslarının tədarükünü, həmçinin geosiyasi rəqiblərindən yan keçməyə imkan verən quru ticarət yollarını təmin etmək üçün yeni tərəfdaşlıqlar qurmağa çalışır”, - deyə agentlik vurğulayıb.
Adəm
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız
-
Sosial00:00Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO
-
Region5 May 22:12Tehranda dəhşətli yanğın: çox sayda yaralı var - VİDEO
-
Elm və təhsil5 May 22:00Cəlilabadda gənc müəllim vəfat etdi



























.png)

.jpg)





