İdman
Komandamızdan Avropa birinciliyində möhtəşəm nəticə
19-21 noyabr tarixlərində İsveçrənin Eql şəhərində taekvondo üzrə gənclər arasında Avropa birinciliyi keçirilib.
Publika.az xəbər verir ki, yarış milli komandamızın parlaq çıxışı ilə yadda qalıb. Belə ki, taekvondoçularımız mötəbər yarışda ümumilikdə 5 medal (2 qızıl, 1 gümüş, 2 bürünc əldə ediblər.
Milli komandamızın üzvləri İlyas Hətəmli (48 kq) və Elcan Əliyev (78 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanıblar. Vasif Səlimov (68 kq) gümüş, Mehdi Budaqlı (45 kq) və Novruz Əliyev (51 kq) isə bürünc medallara sahib çıxıblar.
Sevindirici haldır ki, Azərbaycanın oğlanlardan ibarət milli komandası ümumi hesabda birinci yerə çıxaraq kuboka layiq görülüb.
Çempion adını qazanmış milli komandamızın üzvü İlyas Hətəmli (48 kq) “Yarışın ən yaxşı idmançısı”, beynəlxalq dərəcəli referi Aygül Abdullayeva isə “Ən yaxşı qadın hakimi” seçilib.
-
Nida Xəbər 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq




































