İdman
Əfsanə ilk dəfə ata olmasından DANIŞDI
Müasir dövrün ən titullu şahmatçısı Maqnus Karlsen oğlunun doğulmasından sonra həyatının demək olar ki, dəyişmədiyini bildirib.
Publika.az xəbər verir ki, norveçli qrossmeyster bunu həyat yoldaşı Ella Viktoriyanın uşaq tərbiyəsində böyük rol oynaması ilə izah edib.
“Mənim hisslərim? Düşünürəm ki, bu, əladır. Əlbəttə, əhval həmişə dəyişir, amma bu, böyük sevincdir. O çox yaxşı oğlandır və mənimlə birlikdə ona çox yaxşı baxan çox yaxşı həyat yoldaşım var. Hər şey əladır”, – deyə dünya reytinqinin lideri bildirib.
Maqnus Karlsenin oğlu sentyabrda dünyaya gəlib. Maqnus ailəsi ilə vaxt keçirməyin onun üçün vacib olduğunu deyib, lakin yaxın vaxtlarda turnirlərdə iştirak etmək üçün daha çox səyahət etməyə hazır olacağını əlavə edib.
“Mən hələ də aktiv şahmatçıyıram və oynamaq istəyirəm. Həmişə prioritetləri müəyyənləşdirmək lazımdır. Mən əsas prioritet kimi ilk yeddi həftəni evdə keçirməyi seçdim. Bundan sonra yəqin ki, bir az daha çox oynamağa və bir az daha çox öhdəliklər götürməyə başlayacağam”, – deyə o bildirib.
-
Nida Xəbər 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq




































