"Zirə" "Qəbələ"ni məğlub etdi
Bizi izləyin

İdman

"Zirə" "Qəbələ"ni məğlub etdi

"Zirə" "Qəbələ"ni məğlub etdi

Misli Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.

Publika.az xəbər verir ki, günün ikinci matçında "Zirə" "Qəbələ" ilə üz-üzə gəlib.

Qarşılaşma Bakı təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

Görüşdə yeganə qolu 45+3-cü dəqiqədə Ruan Renato (p) vurub.

Bu nəticədən sonra xallarının sayını 23-ə çatdıran "qartallar" ikinci pillədəki "Turan Tovuz"a çatıb. Bölgə təmsilçisi 5 xalla 11-ci sıradadır.

Günün ilk görüşündə "Araz-Naxçıvan" "Turan Tovuz"la heç-heçə edib - 1:1.

Qeyd edək ki, tura noyabrın 23-də yekun vurulacaq. Ötən gün "Kəpəz" səfərdə "Karvan-Yevlax"ı (2:1), "Qarabağ"ı isə "Sumqayıt"ı (4:2) məğlub edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm