İdman
“Napoli” bizimlə oyuna çox ciddi hazırlaşıb - Qurban Qurbanov
Sabah bizi vacib oyun gözləyir. “Napoli” çox ciddi rəqibdir.
Publika.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində səfərdə İtaliyanın “Napoli” klubu ilə keçiriləcək V tur matçından əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.
O, rəqibin baş məşqçisi Antonio Kontenin təcrübəli baş məşqçi olduğunu bildirib: "Onu yaxından tanıyıram, buradan da salamlarımı çatdırıram".
Qurbanov "Qarabağ"ın hədəfini də açıqlayıb:
"Bizim məqsədimiz ildən-ilə daha irəli getməkdir. Liqa mərhələsində mübarizə aparırıq, oyunlardan həzz almaq istəyirik. Nəticələrimizin yaxşı olması bizi sevindirir. "Qarabağ" klubunun adı Azərbaycan üçün fərqli məna daşıyır. Bölgə klubuyuq, uzun illərdir rəhbərliklə birgə Bakıda klubu yaşadırıq. “Napoli” turnir cədvəlindəki yerini yaxşılaşdırmaq üçün əlindən gələni edəcək. Onlar bizimlə oyuna çox ciddi hazırlaşıblar”.
Qeyd edək ki, noyabrın 25-dən 26-na keçən gecə Neapol şəhərindəki "Dieqo Armando Maradona" stadionunda keçiriləcək "Napoli" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
-
Dünya24 Noyabr 22:30Pezeşkian Trampa məktub göndərdi - Nə yazıb?
-
İdman24 Noyabr 22:02"Neftçi" Samir Abasovla yollarını ayırdı
-
Nida Xəbər 24 Noyabr 20:12Ramiz Mehdiyev vəkilindən imtina etdi - “Boz kardinal”ın planı nədir?
-
Region24 Noyabr 19:50Türkiyənin daha 2 şəhərində kütləvi zəhərlənmə baş verdi: Bu dəfə 43 nəfər...
-
Hadisə24 Noyabr 19:00“Loft Dent”in rəhbəri həbs olundu
-
Kriminal24 Noyabr 18:40Azyaşlıya qarşı əxlaqsızlıq edən 64 yaşlı Mərdanın videosunu o çəkibmiş - TƏFƏRRÜAT
-
Nəqliyyat24 Noyabr 18:30Bakıda axşam tıxacı: Bu yollar keçilməz oldu - Siyahı
-
Rəsmi xronika24 Noyabr 17:28İlham Əliyev fərman imzaladı








.webp)


.jpg)





.jpg)






.webp)
.jpg)





_(3).jpg)





