"Real" onları səfər oyununa aparmadı
Bizi izləyin

İdman

"Real" onları səfər oyununa aparmadı

"Real" Çempionlar Liqasının 5-ci turunun "Olimpiakos"la səfər oyunu üçün heyətini açıqlayıb.

Publika.az xəbər verir ki, siyahıda əsas qapıçı Tibo Kurtua ilə yanaşı, mərkəz müdafiəçiləri Din Heysen və Antonio Rüdiger də yer almayıb.

Heysen La Liqada "Elçe" ilə matçdan (2:2) sonra dizində ağrılar hiss edir, Rüdiger zədədən sağalma prosesini davam etdirir. Kurtua isə zədə-mədə infeksiyasına görə "Olimpiakos"la oyunu buraxacaq.

"Real"ın zədəlilər siyahısında həmçinin Franko Mastantuono, Dani Karvaxal, Eder Militao və David Alaba da qalır.

Qeyd edək ki, komandalar arasındakı görüş noyabrın 26-da Yunanıstanda keçiriləcək və Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm