İdman
Flik zarafat edir? – Yamal gələn dəfə ehtiyatda oturacaq
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının 6-cı turunda “Ayntraxt” üzərində qazanılan 2:1 hesablı qələbədən sonra Lamina Yamalın oyunun sonunda əvəzlənməsinə verdiyi reaksiyanı şərh edib.
Publika.az xəbər verir ki, 18 yaşlı cinah oyunçusu 53-cü dəqiqədə məhsuldar ötürmə ilə yadda qalıb, üç dəqiqə sonra sarı vərəqə alıb və əsas vaxtın bitməsinə bir dəqiqə qalmış Runi Bardaci ilə əvəzlənib. Meydandan çıxarkən Yamal məşqçilər heyətinin qərarından açıq şəkildə narazılıq göstərib.
“Yamal bir az əsəbləşmişdi. Gələn dəfə ehtiyatda oturacaq (gülür). Mənim üçün problem deyil. Bu, Lamindir. O belədir. Sarı vərəqə almışdı və oyunun bitməsinə beş dəqiqə qalmış dəyişiklik etməli olduğumuzu düşündüm. Onu tam başa düşürəm, çünki hər kəs meydanda qalmaq istəyir. O da düşünür ki, 90–100 dəqiqə oynaya bilər.
O gəncdir. Bu, normaldır. Mən bunu yaxşı əhval-ruhiyyənin göstəricisi hesab edirəm. Mənim üçün heç bir problem yoxdur. Onu tam başa düşürəm, çünki özüm də futbolçu olmuşam. Bəlkə mən Lamin kimi reaksiya vermirdim, amma o, başqa səviyyənin oyunçusudur, buna görə bunu tam qəbul edirəm. Problem deyil”, - Flik bildirib.
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu










.jpg)


























