İdman
Maduro bu kluba və futbolçuya azarkeşlik edirmiş - FOTO
Venesuela prezidenti Nikolas Maduronun ABŞ hakimiyyəti tərəfindən saxlanılması gözlənilmədən futbol azarkeşlərinə çoxdan məlum olan bir detalı xatırladıb: Maduro “Barselona” və Lionel Messinin azarkeşidir.
Publika.az xəbər verir ki, Messi 2021-ci ilin yayında “Barselona” ilə vidalaşanda Maduro bunun ona şəxsən təsir etdiyini açıq şəkildə etiraf etdi. Venesuela Olimpiya idmançılarının şərəfinə keçirilən tədbirdə çıxış edərkən, o, Kataloniya klubunun rəhbərliyini tənqid edib və “Messi ilə birlikdə ağladığını” bildirib.
Maduro deyib: “Messiyə etdiklərinin adı yoxdur. Əgər bunu futbol tarixinin ən böyük oyunçusuna qarşı edə bilirlərsə, deməli, bunu istənilən şəxsə qarşı edə bilərlər”.
İllər ərzində Venesuela lideri dəfələrlə “Barselona” geyimləri ilə ictimaiyyət qarşısına çıxıb və kluba olan sevgisini gizlətməyib. Hələ də internetdə yayılan bir videoda Maduro zarafatla kataloniyalılarla “müqavilə imzaladığını” bildirib və məşqə dəvət olunduğunu və ehtiyat hücumçu kimi nəzərdən keçirildiyini iddia edib.
-
Avropa08:48Şahzadə Harri qadın jurnalistə görün nə yazıb - İlk görüşdən sonra...
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...











.jpg)



























