İdman
Futbolda bu da oldu: Meydana girən "müqəddəs" inəyi çıxarmaq istəmədilər - FOTOLAR
Matç zamanı meydana hər hansı bir heyvanın çıxması ehtimalı heç vaxt sıfıra bərabər olmur.
Publika.az xəbər verir ki, adətən bu cür hallarda pişiklər, itlər, bəzən də göyərçinlər görünür. Lakin oyunun iri buynuzlu heyvan tərəfindən dayandırılması kifayət qədər nadir hadisədir.
Hindistan Superliqasında “Sundarban Bengal Auto” ilə “Kopa Tigers Birbhum” komandaları arasında keçirilən qarşılaşmanın 68-ci dəqiqəsində meydana qəfil bir inək çıxıb. Maraqlısı odur ki, heyvanı nə qovublar, nə də dərhal oyundan kənarlaşdırmağa çalışıblar. İnəyə istədiyini etmək imkanı verilib.
Bu zaman yerli polis vəziyyətlə bağlı hara müraciət edəcəyini və heyvanın kimə məxsus olduğunu aydınlaşdırmağa çalışıb. Digərləri isə inəyin meydandan qaçmamasına nəzarət ediblər.
Hadisənin necə başa çatdığı dəqiq bilinməsə də, bir fakt dəyişməz qalıb: inək meydandakı yaşıl otları rahatlıqla yeyib.
Heybət




-
Ekologiya07:17Bu gün 24 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16“Səməni”nin içindən görün kim çıxdı - VİDEO
-
Sağlamlıq05:15Stressdən azad olmağın sadə və sürətli yolu
-
ABŞ02:42Sərnişin təyyarəsi işıq dirəyinə çırpıldı - Sonra çörək maşınının...
-
İdman01:11"İnter" vaxtından əvvəl İtaliya çempionu oldu
-
Region00:15Türkiyədə təhsil alan azərbaycanlı faciəli şəkildə HƏLAK OLDU - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgidə səmimiyyət sizi xoşbəxt edəcək
-
Hadisə3 May 22:48Lerikdə ildırım vuran gənc öldü



























.png)


.jpg)




