İdman
Azərbaycan Belçikadakı turnirdə 31 cüdoçu ilə təmsil olunacaq
Yanvarın 31-də Belçikada cüdo üzrə Beynəlxalq Açıq Turnir start götürəcək.
Azərbaycan Cüdo Federasiyasından Publika.az-a verilən məlumata görə, fevralın 1-dək davam edəcək yarışda ölkəmiz 14 çəki dərəcəsində 31 cüdoçu (17 kişi, 14 qadın) ilə təmsil olunacaq.
Kişi cüdoçulardan ibarət yığmanın heyətində Babarəhim Mirzəyev, Murad Muradlı, Murad Əliyev, Fərid Qarayev (hamısı 60 kiloqram), Hüseyn Allahyarov, Yaşar Nəcəfov, Tofiq Məmmədov (hamısı 66 kiloqram), Kamran Süleymanov, Əbil Yusubov (hər ikisi 73 kiloqram), Cəsur İbadlı, Mehdi Abbasov (hər ikisi 81 kiloqram), Əli Qazıməmmədov, Zelim Tçkayev (hər ikisi 90 kiloqram), Davud Namazlı, Nihad Şıxəlizadə (hər ikisi 100 kiloqram), Ramazan Əhmədov və Camal Feyziyev (hər ikisi +100 kiloqram) yer alıblar.
Qadınların mübarizəsində isə Şəfəq Həmidova, Diana Tçkayeva (hər ikisi 48 kiloqram), Könül Əliyeva, Çinarə Sadıqova, Aydan Vəliyeva, Gültac Məmmədəliyeva, Leyla Əliyeva (hamısı 52 kiloqram), Ülviyyə Bayramova (57 kiloqram), Fidan Əlizadə, Nərgiz Hacıyeva (hər ikisi 63 kiloqram), Aytac Qardaşxanlı, Südabə Ağayeva (hər ikisi 70 kiloqram), Nərmin Əmirli (78 kiloqram) və Madina Kaisinova (+78 kiloqram) qüvvəsini sınayacaq.
İdmançılara kişilərdən ibarət milli komandanın böyük məşqçisi Slavko Tekiç, gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, qadınlardan ibarət yığmanın çalışdırıcısı Amina Abdellatif və gənc qızlardan ibarət millinin məşqçisi İmamverdi Məmmədov rəhbərlik edəcək.
Qeyd edək ki, kişilərin mübarizəsi Vise, qadınların yarışı isə Herstal şəhərlərində baş tutacaq.
-
İKT20:48FTB məşhur haker forumunu BAĞLADI
-
Nida Xəbər 20:36Ölkənin ən gənc generalı oldu
-
Mistika19:24Şahzadə Diananın ekstrasensi "OnlyFans"da görün nələr təklif edir... - FOTO
-
Magazin119:00Yaşadığı bina güllərlə bəzədildi - VİDEO
-
Sosial18:48Zəhradan diqqət çəkən PAYLAŞIM: Mədət Quliyevlə birlikdə... - FOTO
-
Nida Xəbər 18:36Bu gün general rütbəsi alan şəxslər kimdir?
-
İqtisadi gündəm17:38İqtisadçıdan kritik xəbərdarlıq: Dünyanı daha böyük böhran gözləyir
-
Nəqliyyat17:14Bu taksilər Bakıya buraxılmayacaq






























.jpg)





