Avropa İttifaqı SEPAH-ı terror təşkilatı kimi TANIDI
Bizi izləyin

Dünya

Avropa İttifaqı SEPAH-ı terror təşkilatı kimi TANIDI

Avropa İttifaqı İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına daxil edib.

Publika.az xəbər verir ki, bu barədə Aİ-nin diplomatiya rəhbəri Kaya Kallas "X" sosial şəbəkəsindəki hesabında bildirib.

“Avropa İttifaqının xarici işlər nazirləri az əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatı elan edilməsi ilə bağlı həlledici addım atdılar”, - deyə diplomat yazıb.

Yanvarın 29-da Avropa İttifaqı İrana qarşı əlavə sanksiya tədbirlərinin tətbiqi barədə razılığa gəlib. Məhdudiyyətlər son etiraz aksiyalarının yatırılmasına görə məsuliyyət daşıyan fiziki və hüquqi şəxslərə qarşı yönəlib.

Qeyd edək ki, 2025-ci ilin dekabr ayının sonlarından etibarən İranda başlayan kütləvi etirazlara milli valyuta - İran rialının kəskin ucuzlaşması səbəb olub. Narazılıqlara cavab olaraq İran hakimiyyəti nəzarət tədbirlərini sərtləşdirib, etirazçılara qarşı gözyaşardıcı qaz və travmatik silahlardan istifadə edib. Tehran baş verən iğtişaşlara görə ABŞ və İsraili günahlandırıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm