İdman
Xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirildi - FOTO
Qış İdman Növləri Federasiyasının dəstəyi və "Şahdağ" Turizm Mərkəzinin təşkilatçılığı ilə uşaqlar arasında həvəskar xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib.
Publika.az xəbər verir ki, sayca dördüncü dəfə təşkil olunan turnirin ilk günündə 6–8, 9–12 və 13–17 yaş kateqoriyalarını əhatə edən 80-ə yaxın gənc xizək həvəskarı "Nəhəng slalom" növü üzrə mübarizə aparıblar.
Yarışın nəticələrinə əsasən, 6–8 yaş kateqoriyasında qızlar arasında Nurlana Abdulova, oğlanların mübarizəsində isə Muron Anatşov birinci olublar.
9–12 yaşlı idmançıların çıxışlarında Zarina Vəliyeva və Mehdi Haktari fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
13–17 yaş kateqoriyasında isə Lyudmila Podqornaya və Amin Şıxov ən yüksək nəticəni göstəriblər.
Turnirin yekununda qaliblər "Şahdağ" Turizm Mərkəzi tərəfindən kubok və medallarla mükafatlandırılıb.
Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd ölkədə xizək idmanın təşviqi, uşaqlar arasında bu sahəyə marağın artırılması, eləcə də "Şahdağ" Turizm Mərkəzinin beynəlxalq idman yarışlarının təşkili üzrə təcrübəsinin genişləndirilməsidir.
Böyüklər arasında Heydər Əliyev Kuboku fevralın 1-də keçiriləcək.
-
Sosial19:36Azərbaycanda tanınmış müğənniyə qarşı DƏLƏDUZLUQ - Tikinti şirkətinin rəhbəri...
-
Hadisə18:00Yaşlı qadını aldadan su idarəsinin "əməkdaşı" həbs olundu
-
Region17:33İranda güclü partlayışlar oldu, ölənlər var
-
Magazin117:23Məşhur müğənni dələduzluqla üzləşdi
-
Magazin216:55Narkotik əməliyyatında Enes Batur, Ecenaz Üçer, Çağrı Taner və Yaren Alaca da saxlanıldı
-
Tarix15:43Azərbaycanda qədim karvansaray aşkarlandı - FOTO
-
Hadisə14:31Sumqayıtda qızılları götürüb qaçan şəxs tutuldu - VİDEO
-
Sağlamlıq13:11Uşaq qidalarında gizli risklər - Ucuz və ya baha olmasından asılı olmayaraq...

















.jpg)













.jpg)






