“Real”ın oyununda irqçilik qalmaqalı: Baş rolda yenə Vinisiusdur
Bizi izləyin

İdman

“Real”ın oyununda irqçilik qalmaqalı: Baş rolda yenə Vinisiusdur

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Real” ilə “Benfika” arasında keçirilən matç Vinisius Juniora qarşı səsləndirilən irqçi təhqirlər səbəbindən müvəqqəti dayandırılıb.

Publika.az xəbər verir ki, hadisə görüşün 50-ci dəqiqəsində, braziliyalı hücumçu qol vurduqdan sonra künc bayrağı yaxınlığında bunu qeyd edərkən baş verib. İddialara görə, “qartallar”ın futbolçusu Canluka Prestiani Vinisiusu təhqir edib. Bundan sonra braziliyalı hakimə yaxınlaşaraq irqçi ifadələrə məruz qaldığını bildirib. Oyun daha sonra bərpa olunub.

Matçdan sonra Vinisius sosial şəbəkədə paylaşım edərək baş verən qalmaqala münasibət bildirib:

“Rasistlər ilk növbədə, qorxaqlardır. Onlar nə qədər zəif olduqlarını göstərmək üçün ağızlarını formalarının arxasında gizlətməyə məcburdurlar.

Bu gün həyatımda və ya komandamın həyatında yeni heç nə baş vermədi. Qolu qeyd etdiyimə görə sarı vərəqə aldım, hələ də niyə aldığımı anlamıram. Böyük qələbədən sonra belə halların mərkəzində olmaq xoşuma gəlmir, çünki başlıqlar “Real”a həsr olunmalı idi. Amma onlara bu barədə danışmaq lazım idi”.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm