Nida Xəbər
Vəzifəsini itirmiş Vüqar Qurbanovla bağlı ŞOK İTTİHAM - “İçki aludəçisidir”
Vəzifəsini yenicə itirmiş TƏBİB-in keçmiş icraçı direktoru Vüqar Qurbanovun yaxın dostu kimi tanınan İmişli rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkimi Şahin Qurbanov keçmiş rəhbəri haqqında sərt fikirlər səsləndirib.
Publika.az xəbər verir ki, Citypost.az-ın əməkdaşı ilə telefon söhbəti zamanı Ş.Qurbanov sabiq rəhbəri barədə çox sərt və konkret mövqe bildirib: “Vüqar Qurbanovla mənim nə dostluğum? O, zaqatalalı, mən cəbrayıllı”. O, içki aludəçisidir. Üzr istəyirəm, “pyanıska”nın biridir. Elə onun da badına getdi. Mən onunla bu günədək oturub bir stəkan çay da içməmişəm. Onun özünü “kruqu” var. Nə var, nə yox gedin, onlardan soruşun. Sadəcə O, mənim rəhbərim olub. Siz mənə nə üçün zəng etmisiniz? Digər suallarla bağlı TƏBİB-ə, Zamirə xanıma müraciət edin. Mən 5 dəqiqəliyə tələsirəm, vaxtım azdır”... deyə Ş.Quliyev telefonu söndürüb.
Sayt yazır ki, Şahin Qurbanov axşamlar tez-tez Bakıya gəlib Vüqar Qurbanovun bahalı restoranlarda qurduğu kef, içki məclislərində iştirakçı olmağı özünə şərəf bilirmiş. Sabiq TƏBİB rəhbəri vəzifəsini itirəndən bir gün ötmüş yaxın dostu onun içki aludəçisi adlandırıb.
Xatırladaq ki, V.Qurbanovun əmri ilə Ş.Quliyev tramplin kimi İmişli rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkimi vəzifəsinə təyin edilmişdir. Onun gələcəkdə Vüqar Qurbanov tərəfindən daha yüksək vəzifəyə gətiriləcəyi planlaşdırılırdı.
TƏBİB-in İcraçı Direktoru vəzifəsini müvəqqəti icra edən Anar İsrafilov yerli mətbuata müsahibəsi zamanı TƏBİB-də köklü kadr dəyişiklikləri olacağını istisna etməyib. Hazırki vəzifəsini qorumaq naminə Vüqar Qurbanovu içki aludəçisi adlandıran yaxın dostu İmişli rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkimi Şahin Qurbanov da vəzifəsini itirəcəyi gözlənilir.

-
Nəqliyyat22:35İldırımlı havaya görə AZAL-ın bu uçuşları LƏĞV OLUNDU
-
Magazin222:12Ali Ağaoğlu 72 yaşında 6-cı dəfə ata olacaq
-
Magazin221:00Türkiyədə daha 8 məşhurun BAŞI DƏRDDƏ
-
Sosial19:24Sabiq başçının oğluna aldığı "Range Rover" BU QİYMƏTƏ SATILDI
-
Kriminal19:12Əvvəl xalası oğlunu bıçaqladı, sonra arvadını öldürdü - Dəhşətli qətlin TƏFƏRRÜATI
-
Dünya17:35ABŞ və İran arasında müharibə bu tarixdə yenidən alovlana bilər - Patrik Uolş
-
MDB16:54Rusiya Ermənistana nota verdi
-
Sosial15:56"WhatsApp"da yeni funksiya: Bir dəfə oxunan mesajlar










.jpg)


























