İdman
"Qəbələ"nin haqqını yeyən “Sabah”ın prezidenti ilə bağlı iddia: Hakimlərə təzyiq edir?
Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində keçirilən "Qəbələ" - "Sabah" oyunu (0:1) böyük rezononas doğurdu.
Buna səbəb oyunun 87-ci dəqiqəsində ev sahiblərinin aşkar qolunu qeydə almaması oldu.
Top cərimə meydançasında “Sabah” komandasının iki futbolçusunun əlinə dəysə də, VAR epizoda baxdıqdan sonra baş hakim Rauf Cabarovu monitora dəvət edib. Bundan sonra “Qəbələ”nin Prins Ovusu tərəfindən vurulmuş qolu hesaba alınmayıb.
Bundan sonra oyun və qərar ətrafında mətbuatda və sosial şəbəkələrdə xeyli müzakirə aparılıb və ortaya cidi iddialar atılıb.
Hakimlərin mübahisəli qərarına səbəb kimi "Sabah"ın prezidenti Maqsud Adıgözəlovun adı göstərilib. Buna səbəb funksionerin AFFA-nın İcraiyyə Komitəsində yer almasıdır. Adıgözəlovun vəzifəsindən sui-istifadə edərək hakimləri təzyiqdə saxladığı, onların qərarlarına təsir edəcək addımlar atdığı vurğulanıb. Hakimlər Komitəsi Rəhim Həsənovun məhz onun təsiri ilə təyin edildiyi bildirilir.
Maqsud Adıgözəlovun VAR qərarlarına da müdaxilə etdiyi, hətta VAR otağına girdiyi iddia olunub. Bütün bunların fonunda hakimlər tərəfindən "Sabah"ın lehinə olan qərarlar verilir. Nəticədə "Qəbələ" kimi klubların haqqına girilir. Bu kimi qalmaqallı halların əvvəlki turlarda qeyd alındığı da vurğulanır. Bu addımların "Sabah"ın çempion olması üçün atıldığı qeyd olunur.
İddialarla bağlı klubun mövqeyini öyrənmək istəsək də, bu mümkün olmayıb. Klubun mətbuat xidməti Publika.az-ın sorğularını cavabsız qoyub.
-
Nida Xəbər 11:03Daha 17 itkin-şəhid dəfn olunacaq - FOTO
-
Region10:30Azərbaycanın sərhədlərini güdən Aİ Missiyasının Ermənistandakı yeni rəhbəri kimdir?
-
Dünya10:00Elçi şad xəbərlə qayıtdı: Ukrayna və Rusiya razılaşdı
-
İdman09:24"Qəbələ"nin haqqını yeyən “Sabah”ın prezidenti ilə bağlı iddia: Hakimlərə təzyiq edir?
-
MDB09:12Yeni qanun: Bahalı evlərə, lüks avtomobillərə bu qədər əlavə vergi tətbiq olunacaq
-
Gözəllik09:00Dağ xəstəliyi "Kainat Gözəli"ni səhnədə diz çökdürdü
-
İKT08:00"YouTube"da qlobal problemlər yarandı
-
Magazin106:16"Efirdə tərbiyəsizlərin yox, ağıllı danışanın mikrofonunu bağlayırlar"
























.jpg)




.jpg)







