İdman
Mbappe "Real"ın oyunundakı qalmaqaldan danışdı: Düz 5 dəfə "meymun" dedi
"Real"ın hücumçusu Kilian Mbappe Çempionlar Liqasının pley-off mərhələsində "Benfika ilə keçirilən oyunda (1:0) baş verən qalmaqalla bağlı danışıb.
Publika.az xəbər verir ki, matç zamanı Madrid təmsilçisinin braziliyalı hücumçusu Vinisius Junior ilə "qartallar"ın vingeri Canluka Prestiani arasında mübahisə yaranıb. "Real"ın futbolçuları argentinalının Vinisiusu irqi zəmində təhqir etdiyini bildiriblər.
Fransalı ulduzun sözlərinə görə, o, hadisəni şəxsən görüb:
"Prestiani Vinnini beş dəfə "meymun" adlandırdı. Mən bunu çox yaxşı gördüm. O, heç kimin görməməsi üçün ağzını əli ilə örtmüşdü, amma reaksiyasından, üz ifadəsindən və davranışından hər şey aydın idi. Üz yalan danışmır".
Fransalı hücumçu həmçinin bildirib ki, "Benfika" böyük klubdur və onun bu komandaya qarşı heç bir narazılığı yoxdur, lakin Prestianinin davranışı qəbuledilməzdir:
"Benfika" top-klubdur, onlara qarşı heç nə demirəm, amma Prestiani bir daha Çempionlar Liqasında oynamamalıdır. O, üzr istədi? Siz onun üzünü gördünüz? Üzr? Biz Vinni ilə axmaq deyilik. Onun nə dediyini gördük".
Heybət
-
İdman13:42Yaşıl meydanların rus gözəli: O, Bakıya niyə gəlibmiş? - Fotolar
-
İdman12:57Qəmbərov Nərimana dəstək olacaq: Ona dedim ki, "Kalumbus"a azərbaycanlı futbolçu gəlir
-
Köşə12:12Mourinyodan şok iddia: Bunun “Qarabağ”a nə dəxli var?
-
Region11:18Paşinyan mayın 28-də parad keçirəcək: Məqsədi nədir?
-
Nida Xəbər 11:03Daha 17 itkin-şəhid dəfn olunacaq - FOTO
-
Region10:30Azərbaycanın sərhədlərini güdən Aİ Missiyasının Ermənistandakı yeni rəhbəri kimdir?
-
Dünya10:00Elçi şad xəbərlə qayıtdı: Ukrayna və Rusiya razılaşdı
-
İdman09:24"Qəbələ"nin haqqını yeyən “Sabah”ın prezidenti ilə bağlı iddia: Hakimlərə təzyiq edir?












.jpg)









.jpg)














