İdman
“Qarabağ”ı yıxan ulduz: Bu məqam matçın tonunu müəyyənləşdirdi
“Mən təkcə özümlə deyil, hamı ilə fəxr edirəm. Bura gəlib oynamaq heç vaxt asan deyil, buna görə bütün komanda adına çox xoşbəxtəm”.
Publika.az xəbər verir ki, bu sözlərk “Nyukasl”ın futbolçusu Entoni Qordon Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”la ilk oyununu (6:1) dəyərləndirərkən deyib. İngilis vinger yüksək pressinq sayəsində qələbə qazandıqlarını deyib:
“Əsas amil mentalitetimiz oldu. “Qarabağ” çox yaxşı komandadır və burada oynamaq çətindir, amma oyunun əvvəlindən etdiyimiz pressinq matçın tonunu müəyyənləşdirdi. Biz rəqabətli və dayanmadan mübarizə aparan idik, məhz bu təzyiq qol imkanlarımızı yaratdı”.
Poker edərək matçın ən yaxşı oyunçusu seçilən Qordon turnirdəki hədəflərini də açıqlayıb:
“Çempionlar Liqasına hədəfimiz sadədir. Oyundan-oyuna irəliləmək və növbəti matçı qazanmağa çalışmaq. Rekordlar, əlbəttə, xoşdur, amma futbol komanda oyunudur. Fərdi anlar yalnız komanda uğur qazandıqda önəm daşıyır. Bu axşam isə ən vacib olan məhz bu idi”.
Heybət
-
Qoroskop02:19Günün ulduz falı: reallıqla hisslər arasında tarazlıq qurmağa çalışacaqsız
-
Magazin102:00Ölüm xəbəri yayılan Orxan Lökbatanlıdan açıqlama
-
İdman01:50Elvin darmadağının səbəbini açıqladı: Bəlkə də buna görə belə oldu
-
İdman01:20“Qarabağ”ı yıxan ulduz: Bu məqam matçın tonunu müəyyənləşdirdi
-
İdman00:45Qurban Qurbanov: Nokauta düşdük
-
İnanc00:15Ramazan ayı başladı
-
İdman18 Fevral 23:38"Qarabağ" "Nyukasl"a böyük hesabla uduzdu - Video/Yeniləndi
-
İnanc18 Fevral 21:13Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı





























