Əli Əsədov yeni qərarlar imzaladı
Bizi izləyin

Nida Xəbər

Əli Əsədov yeni qərarlar imzaladı

Nazirlər Kabineti 31 mart 2014-cü il tarixli qərarı ilə təsdiqlənmiş "Mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı"nda dəyişiklik edib.

Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.

Qərara əsasən, mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin siyahısı genişlənib.

Sıra

№-si

Obyektin adı

Obyektin yerləşdiyi yer

Obyektin balanssaxlayıcısı

Obyektin mühafizəsinin maliyyələşmə

mənbəyi

Obyektin mühafizəsini həyata keçirən

dövlət qurumu

62-1.

Naxçıvan Modul Elektrik Stansiyası

Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri

"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin vəsaiti

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər

Nazirliyi

62-2.

Biləv Su Elektrik Stansiyasının suqəbuledici

qurğusu

Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu

"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin vəsaiti

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər

Nazirliyi

122-1.

Heydər Əliyev Su Anbarı

Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin

vəsaiti

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər

Nazirliyi

("Regional Su Meliorasiya

Xidməti" publik hüquqi şəxs)

122-2.

Arpaçay Su Anbarı

Naxçıvan Muxtar Respublikası, Şərur rayonu

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin vəsaiti ("Regional Su Meliorasiya Xidməti" publik

hüquqi şəxs)

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi

122-3.

Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, içməli su mənbəyi

Naxçıvan Muxtar Respublikası, Babək rayonu

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin vəsaiti ("İri Şəhərlərin Birləşmiş Su Təchizatı

Xidməti" publik hüquqi şəxs)

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi

122-4.

Culfa Şəhər

Sutəmizləyici Qurğular Kompleksi

Naxçıvan Muxtar Respublikası, Culfa rayonu

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin vəsaiti ("Regional Su Meliorasiya

Xidməti" publik hüquqi şəxs)

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi

122-5.

Şahbuz Şəhər Sutəmizləyici Qurğular Kompleksi

Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin vəsaiti ("Regional Su Meliorasiya

Xidməti" publik hüquqi şəxs)

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi

122-6.

Şərur Şəhər

Sutəmizləyici Qurğular Kompleksi

Naxçıvan Muxtar Respublikası, Şərur rayonu

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin vəsaiti ("Regional Su Meliorasiya

Xidməti" publik hüquqi şəxs)

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi

122-7.

Ordubad Şəhər Sutəmizləyici Qurğular Kompleksi

Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin

vəsaiti ("Regional Su

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi

Meliorasiya Xidməti" publik

hüquqi şəxs)

***

Nazirlər Kabineti 10 aprel 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları"nda dəyişiklik edib.

Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, "Büdcə sistemi haqqında" qanuna uyğun olaraq büdcə ili ərzində dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə, büdcə təşkilatlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə və dövlət büdcəsindən maliyyə yardımı alan digər hüquqi şəxslərə verilən büdcə ssudaları həmin şəxslər tərəfindən il ərzində qaytarıla bilmədikdə Maliyyə Nazirliyi verilən büdcə ssudalarının bağlanılması (ödənilməsi) üçün Fondun vəsaitindən istifadə edə bilər.

***

Nazirlər Kabineti 7 may 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləğinin hesablanması Qaydası"nda dəyişiklik edib.

Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, gömrük borcu hesablanmış gömrük ödənişləri üzrə borclu olan və ya Gömrük Məcəlləsinin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan istifadə etməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilə bilər. Fiziki şəxslər

tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi ilə əlaqədar yarana biləcək gömrük ödənişləri sahibkarlıq subyekti olmayan fiziki şəxs, habelə Gömrük Məcəlləsinin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan

istifadə edilməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm