İdman
Tanınmış futbolçuya qeyri-adi qadağa: Hər kəsə olar, ona yox
"Vest Hem"in baş məşqçisi Nuno Eşpirito Santo Premyer Liqanın ən atletik futbolçularından biri sayılan Adama Traore ilə bağlı gözlənilməz qərar qəbul edib.
Publika.az xəbər verir ki, ispaniyalı vinger artıq trenajor zalında ağırlıq qaldırmayacaq.
30 yaşlı futbolçu uzun illərdir güclü fiziki göstəriciləri ilə seçilir. Onun əzələli bədən quruluşu və partlayıcı sürəti Premyer Liqada çıxış etdiyi dövrdən vizit kartına çevrilib. Traore 145 kiloqramı uzanıqlı vəziyyətdə qaldıra bilir, təxminən 86 kiloqram çəkisi var və çempionatın ən sürətli oyunçularından biridir. Maksimal sürəti 36,64 km/saat qeydə alınıb.
Buna baxmayaraq, Nuno hesab edir ki, əlavə güc yüklənmələrinə ehtiyac yoxdur:
“Onun bədən quruluşu inanılmazdır. Bu, genetikadır. Amma bu xüsusiyyət onda çoxdan var və o, zaldan uzaq durmalıdır. Mən ona dedim ki, ştanqdan uzaq olsun. Üzərində daşıdığı çəki artıq kifayətdir”.
Bundan sonra Traore yalnız profilaktik məşqlər yerinə yetirəcək, lakin güc məşqləri proqramdan çıxarılacaq.
Maraqlıdır ki, Nuno futbolçunun imkanlarına "Vulverhempton"da birlikdə çalışdıqları dövrdən bələddir. Məhz o vaxt tibbi heyətin qeyri-adi təşəbbüsünü, müdafiəçilərin onu saxlaya bilməsini çətinləşdirmək üçün oyunçunun qollarına uşaqlar üçün nəzərdə tutulmuş dəri yağı sürtmək ideyasını təsdiqləmişdi.
Heybət
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı































.png)


.jpg)



