İdman
İrana hücum Formula 1-ə təsir etdi: Bakıdakı yarış keçirilməyəcək?
2026-cı il Formula-1 mövsümündə Yaxın Şərqdəki gərginlik səbəbindən bəzi mərhələlərin təqvimində dəyişikliklər edilə bilər.
Publika.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
Təşkilatçılar mövsümü 22 mərhələyə qədər qısaltma variantını nəzərdən keçirirlər, çünki Bəhreyn və Səudiyyə Ərəbistanı son günlərdə İranın atəşinə məruz qalıb. Bu ölkələrdə yarışlar müvafiq olaraq 10-12 və 17-19 aprel tarixlərinə planlaşdırılıb.
Formula-1 təşkilatçıları bir neçə həftə ərzində bu mərhələlərin keçirilməsini müəyyənləşdirməlidir. Qərar martın 29-da keçiriləcək Yaponiya Qran-prisinin bitməsinə qədər verilməlidir.
Bildirilir ki, əgər həmin vaxta qədər Yaxın Şərqdə vəziyyət yaxşılaşmasa, Bəhreyn və Səudiyyə Ərəbistanındakı mərhələlər ləğv ediləcək. Eyni zamanda, bu mərhələlərin İstanbul, Portimao və ya İmola kimi şəhərlərlə əvəz edilməsi variantı da nəzərdən keçirilir.
Regiona yaxın olan digər yarışların taleyi isə müharibənin vəziyyətindən asılı olacaq.
Xatırladaq ki, 2026-cı il mövsümünün ilk Qran-prisi Melburndə keçiriləcək. Kvalifikasiya martın 7-də, yarış isə ertəsi gün baş tutacaq. Azərbaycan Qran-Prisi isə 24-26 senyabra planlaşdırılıb.
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı































.png)


.jpg)



