İdman
"Milan" Modriçlə bağlı qərar verdi
“Milan” klubu təcrübəli xorvatiyalı yarımmüdafiəçi Luka Modriçlə əməkdaşlığı davam etdirmək istəyir.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb.
Mənbə “rossoneri”nin idman direktoru İqli Tarenin sözlərini sitat gətirib. O bildirib ki, 40 yaşlı yarımmüdafiəçini komandada saxlamaq klub üçün çox sadə qərardır, lakin futbolçunun gələcəyi yalnız Modriçin öz istəyindən asılıdır.
“Biz Luka Modriçi sevirik və o da “Milan”ı sevir. Onu komandada saxlamağa hazırıq, çünki müqaviləsini daha bir il uzatmaq imkanı var. Bu, bizim üçün çox sadə qərardır, amma hər şey onun istəyindən asılıdır”, – deyə “qırmızı-qaralar”ın nümayəndəsi bildirib.
Modriç 2025-ci ilin iyulunda Madridin “Real” klubundan ayrılaraq “Milan”a transfer olunub. Xorvatiyalı futbolçunun klubla müqaviləsi 2025/26 mövsümünün sonuna qədər qüvvədədir və əməkdaşlığın daha bir il uzadılması ilə bağlı razılaşma da mövcuddur.
Transferindən bəri Modriç “rossoneri”nin heyətində 31 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Massimiliano Alleqrinin komandası 60 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb və mövsümün lideri “İnter”dən 8 xal geri qalır.
Heybət
-
Rəsmi xronika10:15İlham Əliyev İrəvandakı sammitə onlayn qoşulacaq
-
ABŞ09:30Trampın ən yaxın müttəfiqi xəstəxanaya yerləşdirildi: Kritik vəziyyətdədir
-
ABŞ09:00Əfqan mühacir ABŞ-ı qarışdırdı - Faciənin təsviri olan xalçalar satılır
-
Yaxın Şərq07:47Hörmüz boğazındakı yeni əməliyyatın təfərrüatı AÇIQLANDI
-
Ekologiya07:17Bu gün 24 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16“Səməni”nin içindən görün kim çıxdı - VİDEO
-
Sağlamlıq05:15Stressdən azad olmağın sadə və sürətli yolu
-
ABŞ02:42Sərnişin təyyarəsi işıq dirəyinə çırpıldı - Sonra çörək maşınının...































.png)


.jpg)




