İdman
"Real"ın sabiq ulduzunun başı dərddə: Araşdırma aparılacaq
“Çelsi” və “Real”ın keçmiş futbolçusu Eden Hazard qumar şirkətinin qlobal səfiri olduqdan sonra problemlə üzləşə bilər.
Publika.az xəbər verir ki, o, bu tərəfdaşlıq barədə “Instagram” səhifəsində paylaşdığı video ilə məlumat verib. Lakin Hazardın vətəni olan Belçikada qumar oyunlarının reklamı ciddi şəkildə qadağandır.
Belçika Qumar Komissiyası bildirib ki, məsələ ilə bağlı araşdırma aparılacaq və reklamın Belçika auditoriyasına yönəlib-yönəlmədiyi yoxlanılacaq. Bu təsdiqlənsə, futbolçudan şirkətlə əməkdaşlığı dayandırması tələb oluna bilər, əks halda sanksiyalar tətbiq ediləcək.
Şirkət Belçika tənzimləyicisinin “qara siyahı”na daxil edilmiş operatorlar arasındadır, çünki ölkədə fəaliyyət göstərmək üçün lisenziyası yoxdur.
Hazard həmin qumar brendi ilə əməkdaşlıq edən keçmiş futbolçular qrupuna qoşulub. Onların arasında İker Kasilyas, Serxio Aquerro və Patrik Evra da var.
Qeyd edək ki, 2023-cü ildə karyerasını başa vuran Eden hazırda xeyriyyə matçlarında və müxtəlif ictimai təşəbbüslərdə iştirak edir.
Heybət
-
Rəsmi xronika10:15İlham Əliyev İrəvandakı sammitə onlayn qoşulacaq
-
ABŞ09:30Trampın ən yaxın müttəfiqi xəstəxanaya yerləşdirildi: Kritik vəziyyətdədir
-
ABŞ09:00Əfqan mühacir ABŞ-ı qarışdırdı - Faciənin təsviri olan xalçalar satılır
-
Yaxın Şərq07:47Hörmüz boğazındakı yeni əməliyyatın təfərrüatı AÇIQLANDI
-
Ekologiya07:17Bu gün 24 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16“Səməni”nin içindən görün kim çıxdı - VİDEO
-
Sağlamlıq05:15Stressdən azad olmağın sadə və sürətli yolu
-
ABŞ02:42Sərnişin təyyarəsi işıq dirəyinə çırpıldı - Sonra çörək maşınının...































.png)


.jpg)




