İdman
Qadın güləşçilərimiz Estoniyada 5 medal qazandılar
Estoniyada yeniyetmə güləşçilər arasında “Tallin Open” turniri keçirilib.
Publika.az xəbər verir ki, ənənəvi yarışda Azərbaycanı U-17 milli komandanın böyük məşqçisi Mariya Stadnik və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 7 güləşçi təmsil edib. Onların da 5-i fəxri kürsüyə qalxıb.
Fatimə Bayramova (53 kiloqram) keçirdiyi 7 görüşün hər birində qalib gələrək çempion olub. Nəzrin Əhmədli (49 kiloqram), Rəna Nuriyeva (61 kiloqram) və Simurə Abdullayeva (69 kiloqram) gümüş, Xədicə Qurbanzadə (49 kiloqram) isə bürünc medal qazanıb.
Qeyd edək ki, komanda yarışdan sonra Tallində keçiriləcək beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək. Hazırlıq prosesi aprelin 1-dək davam edəcək. Yığmamız U-17 Avropa çempionatı öncəsi son toplanışı Bakıda keçəcək.
-
Rəsmi xronika16:50İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
-
Hadisə15:56Bakıya güclü dolu yağdı - VİDEO
-
Magazin215:23Bu məşhur plastik əməliyyatlara 1 milyon xərcləyib: Ağzını aça bilmir
-
MDB15:07Putin bu türk dövlətinə gedir: Müstəsna əhəmiyyətli görüş olacaq
-
Region14:40Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
-
Rəsmi xronika13:54Milli Məclis Prezidentlə xanımına təbrik məktubu ünvanladı
-
Sosial13:17Talıbovlar ailəsinə 2259 manat sosial ödəniş edilir - VİDEO
-
Müsahibə12:40Xaricdə 14 universitetdən qəbul alan gənc: "Əlçatmaz deyil"







































