İdman
İspaniya nəhəngləri onun üçün yarışacaq
“Tottenhem”in və İspaniya millisinin müdafiəçisi Pedro Porro vətəninə qayıtmaq niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə “Gol Digital” nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, futbolçu ilə həm “Barselona”, həm də “Real” maraqlanır. Hər iki klub onu müdafiənin sağ cinahındakı problemlərin həlli kimi görür. Xəbərdə qeyd olunur ki, “mahmızlar”la müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulan ispaniyalı müdafiəçi İngiltərə Premyer Liqasını tərk etmək istəyir. London klubu isə Porronu 69 milyon avrodan aşağı məbləğə buraxmaq niyyətində deyil.
Məlumata əsasən, “Barselona” baş məşqçi Hans-Diter Flikin sistemini gücləndirmək üçün daha hücumameyilli və dinamik sağ cinah müdafiəçisi axtarışına artıq başlayıb. Madrid “Real”ı isə onu təcrübəli müdafiəçi Daniel Karvaxalın mümkün varisi kimi dəyərləndirir.
-
Hadisə09:13Zooparkda dəhşət: 3 yaşlı uşağı timsahların ağzına atdı
-
Yaxın Şərq08:24Səmanın yeni ovçusu - “Dəmir arı” dövrü başladı
-
İdman05:15DÇ-2026: Kanada Qətəri darmadağın etdi
-
Magazin201:11Türkiyədə elə pozalar verdi ki... - FOTO
-
Art00:15Xalq artistinin səhhətində problem yarandı - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Onlar həyatınıza girə bilərlər
-
Nəqliyyat18 İyun 22:35İldırımlı havaya görə AZAL-ın bu uçuşları LƏĞV OLUNDU
-
Magazin218 İyun 22:12Ali Ağaoğlu 72 yaşında 6-cı dəfə ata olacaq




































