İdman
"Real Madrid"in baş məşqçisi klubdan ayrıldı
"Real" və Alvaro Arbeloa onun komandanın baş məşqçisi kimi fəaliyyətinə xitam verilməsi ilə bağlı razılığa gəliblər.
Publika.az xəbər verir ki, bu barədə klubu rəsmi saytı məlumat yayıb.
Klubun açıqlamasında qeyd olunur:
““Real” Alvaro Arbeloa üçün həmişə ev olaraq qalacaq. Biz ona və ailəsinə həyatlarının yeni mərhələsində uğurlar arzulayırıq”.
Mayın 5-də Kilian Mbappenin komandanın məşqçilər heyətinin üzvü ilə münaqişə yaşaması barədə məlumat yayılmışdı. KİV-in məlumatına görə, insident aprelin 24-də keçirilən "Betis"lə matçdan (1:1) əvvəl baş verib. Bildirilir ki, Mbappe məşq oyununda ofsayd qeydə alan əməkdaşa qarşı "qəzəbli və təhqiramiz" ifadələr işlədib.
Bundan başqa, Mbappenin klubdan Vinisiusu satmağı tələb etdiyi barədə xəbərlər yayılıb. Jurnalist Fransua Qallardo qeyd edib ki, futbolçunun anası Fayza Lamari bu xahişlə "Real"ın prezidenti Florentino Peresə artıq müraciət edib. İddiaya görə, əgər Vinisius "Real"da qalarsa, Mbappe klubu tərk edəcək.
Hüseyn İbadlı
-
Sağlamlıq02:42Kəsilmiş qarpızı nə qədər saxlamaq olar?
-
ABŞ00:15ABŞ-ın məxfi "51-ci Zona"sında GÜCLÜ YANĞIN
-
Qoroskop00:00Günün ULDUZ FALI - Yeni ilham mənbələri tapa bilərsiniz
-
Səhiyyə30 İyul 23:48Diabetin gözlənilməz səbəbi - Yeni müalicə strategiyası yarana bilər
-
Magazin230 İyul 23:36Ben Afflek bir milyon dollar qazandı
-
Magazin130 İyul 23:12"Bunu evdən öyrənib efirə gəlin" - - Könül Kərimovadan irad
-
İdman30 İyul 22:24"Zirə" Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ
-
ABŞ30 İyul 22:12Uşaq qidaları ilə bağlı şokedici araşdırma - Alimlər nələr aşkar ediblər?

















.jpg)















