İdman
“Real”ın UEFA-ya şikayətinə “Barselona”nın reaksiyası: Əmindirlər ki…
“Barselona” rəhbərliyi, Hakimlərin Texniki Komitəsinin (CTA) keçmiş vitse-prezidenti Xose Mariya Neqreyranın adının “Real Madrid”in seçki kampaniyası zamanı tez-tez xatırlanmasından təəccüblənib.
Publika.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. Mənbə bildirib ki, Kataloniya klubu “Real”ın UEFA-ya təqdim etdiyi hesabata şübhə ilə yanaşır və təşkilatın təşkil etmədiyi yarışlarda qazandıqları titulların ləğv edilməsini tələb edir. Hesabatın 500 səhifədən ibarət olduğu qeyd olunur.
“Barselona” Neqreyra işi üzrə məhkəmənin qərarının onların xeyrinə olacağına əmindir. Buna görə də, “Real Madrid”in davranışını “Barselona”nın imicinə xələl gətirmək cəhdi kimi qəbul edir.
Xatırladaq ki, 2023-cü ildə “Barsda” İspaniya Kral Futbol Federasiyasında (RFEF) işləyən Neqreyraya ödənişlərdə rüşvət verməkdə ittiham olunmuşdu. “Barselona” 2001-2018-ci illər arasında təxminən 8,4 milyon avro məbləğində ödəniş edib.
-
Sağlamlıq02:42Kəsilmiş qarpızı nə qədər saxlamaq olar?
-
ABŞ00:15ABŞ-ın məxfi "51-ci Zona"sında GÜCLÜ YANĞIN
-
Qoroskop00:00Günün ULDUZ FALI - Yeni ilham mənbələri tapa bilərsiniz
-
Səhiyyə30 İyul 23:48Diabetin gözlənilməz səbəbi - Yeni müalicə strategiyası yarana bilər
-
Magazin230 İyul 23:36Ben Afflek bir milyon dollar qazandı
-
Magazin130 İyul 23:12"Bunu evdən öyrənib efirə gəlin" - - Könül Kərimovadan irad
-
İdman30 İyul 22:24"Zirə" Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ
-
ABŞ30 İyul 22:12Uşaq qidaları ilə bağlı şokedici araşdırma - Alimlər nələr aşkar ediblər?

















.jpg)















