İdman
Messinin karyerasının ən yaxşı oyunu: Xavi açıqladı - VİDEO
“Barselona”nın keçmiş kapitanı və məşqçisi Xavi Lionel Messi ilə birlikdə oynadığı vaxtı xatırlayıb.
Publika.az xəbər verir ki, Xavi argentinalı futbolçunun karyerasının ən yaxşı oyununu da açıqlayıb. Onun sözlərini “The Athletic” nəşri yayıb.
İspaniyalı oyunçu səkkizqat “Qızıl top” mükafatçısının 2010/11 mövsümünün Çempionlar Liqasının yarımfinalında “Real Madrid”ə 2 qol vurduğu oyunu xüsusi qeyd edib.
“Messinin yaddaşımda həkk olunmuş bir çox oyun var, amma birini seçməli olsaydım, bu, 2011-ci ildə “Real Madrid”ə qarşı Çempionlar Liqasının yarımfinal oyunu olardı. Bu, “Santyaqo Bernabeu” stadionunda keçirilən ilk oyun idi. Joze Mourinyo meydanda ot örtüyünün yuxarıda qalmasını əmr etdi. Onların qolsuz heç-heçə üçün oynadıqlarını gördük. Leo ilk qolu vurdu və sonra Maradona üslubunda reyd etdi, rəqibləri bir-birinin ardınca keçdi.
O, Lassana Diarra, Xabi Alonso, Raul Albiol, Serxio Ramosla təkbətək qaldı və hamısını məğlub etməyi bacardı. Həmin gün demək olar ki, futbol oynamadıq.
Xüsusi bir şey baş vermədi. Və sonra Messi peyda oldu. Onun edə biləcəyi şey də məhz bu idi. Komanda işimiz zəifləyə bilərdi, amma bizim bir üstünlüyümüz var idi: tarixin ən yaxşı futbolçusu. Messi bizim üçün demək olar ki, təkbaşına qalib gəldi”, – Xavi deyib.
Müəllif: Tural
-
Art06:16Polad Bülbüloğlu: "İsraildə 5 ağır əməliyyat keçirdim"
-
Yaxın Şərq01:41SEPAH ABŞ-ın Bəhreyndəki hərbi bazalarına zərbələr endirdi
-
Mətbəx01:11Sobada ətli kartof kolbasası resepti
-
Qoroskop01:00Həftə sonunun ən şanslı 3 bürcü
-
Magazin200:30Çağatay evlənir? - Sevgilisi danışdı
-
Səhiyyə21 Noyabr 23:36Milyonlarla insanı maraqlandıran sualın cavabı tapıldı - Bel ağrısının səbəbi nədir?
-
Region21 Noyabr 23:24Türkiyə Yəmənə ordu yeridəcək? - Hakan Fidandan açıqlama
-
Sosial21 Noyabr 22:12Gənc hüquqşünas vəfat etdi






































