İdman
“Siti” razılığa gəldi: Tarixi transfer reallaşır
“Mançester Siti” “Nottingem Forest” klubu ilə mərkəz yarımmüdafiəçisi Elliot Andersonun transferi üzrə razılığa gəlib.
Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumata görə, “şəhərlilər” İngiltərə millisinin 23 yaşlı yarımmüdafiəçisi üçün təxminən 116 milyon funt sterlinq (134,66 milyon avro) ödəməyə hazırdır. Transfer baş tutacağı təqdirdə bu, “Mançester Siti” tarixinin ən bahalı transferi olacaq. Qeyd olunur ki, bu məbləğə bonuslar daxil deyil və əlavə ödənişlərlə birlikdə transferin ümumi dəyəri daha da arta bilər.
Mənbənin iddiasına əsasən, danışıqların növbəti mərhələsində Andersonun transfer məbləği 130 milyon funt sterlinqə qədər yüksələ bilər. Bu baş verərsə, İngiltərə futbolu tarixinin ən bahalı transferi reallaşacaq.
Qeyd edək ki, Elliot Anderson 2024-cü ilin iyulunda “Nyukasl”dan “Nottingem Forest”ə keçib. O, həmin vaxtdan bəri klubun heyətində 92 oyuna çıxıb, 6 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
2025/26 mövsümündə yarımmüdafiəçi bütün turnirlərdə keçirdiyi 50 oyunda 4 qol və 5 məhsuldar ötürmə müəllifi olub.
Anderson həmçinin İngiltərə millisinin heyətində 11 oyun keçirib və 2026-cı il Dünya Çempionatı üçün sifariş ərizəsinə daxil edilib. O, mundialın qrup mərhələsində İngiltərənin keçirdiyi hər iki oyunda meydana çıxıb, Xorvatiya üzərində 4:2 hesablı qələbə ilə başa çatan görüşdə isə bir məhsuldar ötürmə ilə yadda qalıb.
-
İKT16:05Süni intellekt savaşında sensasiya: Zukerberq Trampa qarşı çıxdı
-
Magazin115:24Sevda Ələkbərzadə görünüşünü dəyişdirdi - FOTO
-
Səhiyyə14:34Həkimdən etiraz: Aran Regional Klinikasının “ilk varikoz əməliyyatı” iddiası yalan çıxdı - VİDEO
-
Sağlamlıq14:01Bu məşhur sızanağı sıxdı, ölümdən döndü - Həkimlər xəbərdarlıq etdi
-
Tarix13:15Qeyri-adi məzar tapıldı: Başıaşağı dəfn və tısbağa sirri alimləri heyrətləndirdi - FOTO
-
Nida Xəbər 12:39Əli Əsədov sərəncam imzaladı
-
İdman11:18Ronaldonun toyuna dəvət etdiyi məşhurlar: Rihanna, Həbib, Mbappe, Lopes...
-
Region10:23Ermənistanda Putinlə Paşinyanın telefon söhbətindən narahatdırlar: Moskva ona inanmır












.jpg)






.jpg)


















