Mbappe Keynə çatdı
Bizi izləyin

İdman

Mbappe Keynə çatdı

Mbappe Keynə çatdı

Fransa millisi DÇ-2026-nın 1/8 final mərhələsində Paraqvayı 1:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.

Publika.az xəbər verir ki, qarşılaşmadakı yeganə qolu Kilian Mbappe penalti zərbəsindən vurub.

Bu qol Mbappenin Dünya Çempionatları tarixində 19-cu qolu olub. O, həmçinin Avropa çempionatlarında da 1 dəfə fərqlənib. Fransa millisinin hücumçusu həmin qolu AVRO-2024-də Polşa yığmasının qapısından keçirib.

Beləliklə, Kilian Mbappe dünya və Avropa çempionatlarında ümumilikdə 20 və ya daha çox qol vuran tarixdə üçüncü futbolçu olub.

Bu göstəricidə rekord Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldoya məxsusdur. Onun hesabında Dünya və Avropa çempionatlarında ümumilikdə 25 qol (11-i dünya çempionatında, 14-ü isə Avropa çempionatında) var.

İngiltərə millisinin hücumçusu Harri Keyn və Kilian Mbappe hərəyə 20 qol ilə ikinci pilləni bölüşürlər. İlk beşliyi Almaniya futbolunun əfsanələri Miroslav Kloze (19 qol) və Gerd Müller (18 qol) tamamlayırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm