Dünya
AfD-nin seçki qələbəsi almanları qorxuya saldı: Əhali narahatdır
Almaniyada ifrat sağçı Almaniya üçün Alternativ Partiyasının (AfD) Saksoniya-Anhaltda əldə etdiyi seçki qələbəsi ölkə ictimaiyyətində ciddi narahatlıq yaradıb.
Publika.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, “Infratest dimap” institutu tərəfindən aparılan sorğuya əsasən, almanların 64 faizi seçkinin nəticəsindən narazıdır. Respondentlərin yalnız 24 faizi nəticədən məmnun olduğunu bildirib.
Bununla yanaşı, AfD-nin siyasi təcridinə münasibətdə fərqli mənzərə də ortaya çıxıb. Sorğuda iştirak edənlərin 51 faizi digər partiyaların AfD-ni siyasi fəaliyyətə daha çox cəlb etməsini dəstəkləyib.
Respondentlərin 45 faizi AfD-nin baş nazirliyə namizədi Ulrich Siegmundun əyalət parlamentində baş nazir seçilməsini dəstəkləyib, 48 faizi isə buna qarşı çıxıb.
Qeyd edək ki, AfD Saksoniya-Anhalt seçkilərində səslərin təxminən 43,8 faizini toplayaraq 2021-ci illə müqayisədə nəticəsini ikiqat artırıb.
Müəllif: Roza
-
İKT12:12İnsanlığı məhv edəcək - Daha bir məşhur süni intellekt tədqiqatçısı sektoru tərk etdi
-
Nida Xəbər 11:30Pərvin Mirzəzadəyə yüksək vəzifə verildi
-
Sağlamlıq10:12İlan qanından "kokteyl” hazırlandı: Kim içsə... - MÖCÜZƏ
-
Nida Xəbər 09:51Mehriban Əliyeva paylaşım etdi - FOTO
-
Hadisə09:48Xalq artisti vəfat etdi - FOTO
-
Pul08:12Dolların ilin sonuna olan məzənnəsi AÇIQLANDI
-
İdman07:30Messi bu klubu alır
-
Magazin206:16İtmiş telefon məşhur rəqqasənin ölümünə səbəb oldu

















.png)
.jpg)














.png)



