İdman
Teves italyanlara məsləhət verdi: Sizi o xilas edəcək
Argentina millisinin keçmiş hücumçusu Karlos Teves milli komandanın 2026-cı il dünya çempionatına vəsiqə qazana bilməməsindən sonra İtaliya futbolunda baş verən dəyişikliklərlə bağlı fikirlərini bölüşüb.
Publika.az xəbər verir ki, Teves bu barədə “Repubblica”ya verdiyi müsahibədə bildirib.
“İtaliyanın Dünya Kubokunda iştirak etməməsi sadəcə olaraq anlaşılmazdır. Artıq yeni məşqçi təyin etmisinizmi? Eşitdim ki, İtaliya Futbol Federasiyası Maldinini texniki direktor vəzifəsinə işə götürə bilər. O, bu rolda sadəcə misilsizdir – “Milan”da gördüyü işə baxın. Bir-birimizi tanıyırıq; Paolo çox ağıllıdır. Konte-Maldini tərəfdaşlığı çox faydalı olardı.
İtaliya milli komandası üçün yeni məşqçi? Əıbəttə ki, Antonio Konte. Vəziyyəti yalnız o dəyişə bilər. Təsiri onun ilk ilində görünəcək, bu, onunla həmişə belə olur. Sonra isə işlərin ikinci və üçüncü ildə necə getdiyini görməliyik, amma Konteyə dəstək olmaq lazımdır. O, mənim indiyə qədər işlədiyim ən yaxşı məşqçidir.
Alleqri də çox yaxşıdır, yaxşı yola gedirdik, baxmayaraq ki, bəzən onu həddindən artıq müdafiə olunmaqda günahlandırırdım. Məsələn, Skaloni ilə olduğu kimi. Konteni milli komandanın məşqçisi təyin edin, o, hər şeyi yoluna qoyacaq. Bundan sonra keyfiyyətli oyunçular yetişdirmək lazım gələcək”.
Mü\llif: Tural
-
Nida Xəbər 09:51Mehriban Əliyeva paylaşım etdi - FOTO
-
Hadisə09:48Xalq artisti vəfat etdi - FOTO
-
Pul08:12Dolların ilin sonuna olan məzənnəsi AÇIQLANDI
-
İdman07:30Messi bu klubu alır
-
Magazin206:16İtmiş telefon məşhur rəqqasənin ölümünə səbəb oldu
-
Səhiyyə05:15Xərçəng xəstələrinin sayı 67% artacaq
-
Magazin204:14İrina Şeyk bağçada alt paltarında romantik pozalar verdi - FOTO
-
Hadisə03:43Azərbaycanda dəhşət: yanaraq ölənlərin adları məlum oldu - FOTO/YENİLƏNDİ
















.jpg)














.png)



