Dünya
Qonşu ölkə ordusu sərhədi dəfələrlə pozdu - Seul necə qərar verəcək?
Koreya Respublikası Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin nümayəndələri bildiriblər ki, KXDR hərbçiləri bir ay ərzində demarkasiya xəttini 20 dəfədən çox keçiblər.
Publika.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, bütün 2025-ci il ərzində belə insidentlər cəmi 17 dəfə olub.
“Bu il toxunulmamış sahələrdə işlər aparılır, pozuntular qeydə alınıb. Biz hesab etmirik ki, Şimali Koreya ordusu xətti hərəkətlərin xarakterinin dəyişməsi və ya hər hansı xüsusi fəallıq nəticəsində pozub”, - məlumatda deyilir.
Bundan əvvəl Cənubi Koreya Prezidenti Li Çje Men KXDR ilə dialoq kanallarının bərpa edilməsi barədə göstəriş verib.
Avqust ayında Li Çje Men KXDR-i bir-birini hədələmək niyyətindən əl çəkməyə və ölkələr arasındakı müharibənin başa çatması ilə bağlı birbaşa danışıqlara başlamğa çağırıb. Bundan əlavə, o, Pxenyanın nüvə proqramının dayandırılması yollarını müzakirə etməyi təklif edib.
Daha əvvəl Kim Çen Inın bacısı Cənubi Koreya ilə münasibətlərin yaxşılaşdırılması imkanlarını qiymətləndirib.
Hüseyn İbadlı
-
Pul08:12Dolların ilin sonuna olan məzənnəsi AÇIQLANDI
-
İdman07:30Messi bu klubu alır
-
Magazin206:16İtmiş telefon məşhur rəqqasənin ölümünə səbəb oldu
-
Səhiyyə05:15Xərçəng xəstələrinin sayı 67% artacaq
-
Magazin204:14İrina Şeyk bağçada alt paltarında romantik pozalar verdi - FOTO
-
Hadisə03:43Azərbaycanda dəhşət: yanaraq ölənlərin adları məlum oldu - FOTO/YENİLƏNDİ
-
İdman01:41Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları - Doğma meydanda uduzan kimlərdir?
-
Hadisə01:11Şəkidə faciəvi şəkildə ölən Ucal bu qurumun ƏMƏKDAŞI İMİŞ












.jpg)



















.png)



