İdman
AVRO-2028-in seçmə mərhələsinin püşkatması: Azərbaycan neçənci səbətdədir?
Millətlər Liqasının qrup mərhələsinin başa çatmasından sonra AVRO-2028-in seçmə mərhələsinin püşkatma səbətləri formalaşdırılıb.
Publika.az xəbər verir ki, Azərbaycan yığması sonuncu – 5-ci səbətdə yer alıb.
Səbətlərin tərkibi belədir:
1-ci səbət: İngiltərə, Portuqaliya, Fransa, Almaniya, İspaniya, Belçika, Niderland, Norveç, Yunanıstan, İtaliya, Danimarka, Xorvatiya
2-ci səbət: Uels, Serbiya, Türkiyə, Çexiya, İsveçrə, İsveç, Avstriya, Şimali İrlandiya, Sloveniya, Bosniya və Herseqovina, Macarıstan, İrlandiya.
3-cü səbət: Ukrayna, Şotlandiya, Kosovo, Polşa, İsrail, Rumıniya, Gürcüstan, Şimali Makedoniya, Monteneqro, Albaniya, İslandiya, Slovakiya
4-cü səbət: Estoniya, Belarus, Farer adaları, Kipr, Finlandiya, Moldova, Ermənistan, Bolqarıstan, Qazaxıstan, Lüksemburq, Latviya, San Marino
5-ci səbət: Malta, Azərbaycan, Litva, Andorra, Cəbəllütariq, Lixtenşteyn.
Seçmə mərhələ üçün hər biri dörd və ya beş komandadan ibarət olan 12 qrup yaradılacaq.
Qaliblər və ən yaxşı səkkiz ikinci yeri tutan komanda birbaşa Avro 2028-ə vəsiqə qazanacaq. Qalan dörd yer ən pis reytinqli ikinci yeri tutan 4 komanda ilə birbaşa vəsiqə qazanmayan dörd ən yaxşı reytinqli UEFA Millətlər Liqası komandası arasında pley-offda veriləcək.
Püşkatma mərasimi dekabrın 6-da Belfastda keçiriləcək. Seçmə turnir 2027-ci ilin martında başlayacaq və noyabr ayında başa çatacaq.
Pley-off oyunları 2028-ci ilin mart ayına planlaşdırılıb. Turnir 9 iyun - 9 iyul tarixlərində Birləşmiş Krallıq və İrlandiyada keçiriləcək.
-
Nida Xəbər 11:33Muxtar Maniyevin oğlu vəzifədən azad edildi
-
Sosial11:18Prezidentin qızı və gəlini konsertdə - FOTOLAR
-
Tarix10:06Səhranın 125 min il əvvəlki halı: Nəhəng gölün izləri tapıldı - FOTO
-
Dünya09:35Tramp Cənubi Çin dənizindəki gərginlik haqda: Bununla məşğul olacaqlar
-
Maraq dünyası09:16Milyarderlər ən çox bu bürclərdən çıxır
-
ABŞ07:47“Nvidia” eks-şefdən yenə imtina etdi
-
ABŞ07:30Edamdan sağ çıxan qadın həbsxana rəhbərliyindən görün nə istədi
-
Magazin206:1620 il sonra üzə çıxan dəb incisi: Elza Hosk böyük həsrətə son qoydu - FOTO















.jpg)






















