“Yunayted”in tarixində ilk: Bu xanım məşqçilər korpusunda olacaq
Bizi izləyin

İdman

“Yunayted”in tarixində ilk: Bu xanım məşqçilər korpusunda olacaq

“Yunayted”in tarixində ilk: Bu xanım məşqçilər korpusunda olacaq

“Mançester Yunayted”in tarixində ilk dəfə məşqçilər korpusunda qadın olacaq.

Publika.az xəbər verir ki, 46 yaşlı ispaniyalı Silviya Tuya Maurisio Poçettinonun komandasında fiziki hazırlığa cavabdeh olacaq.

Tuya 2024-cü ilin oktyabr ayında ABŞ milli komandasında argentinalı mütəxəssisin heyətinə qoşulub. O, idman elmləri üzrə doktorluq dərəcəsinə malikdir və əvvəllər İspaniyanın qadınlardan ibarət yüksək divizionunda çıxış edən “Levante Badalona”da çalışıb, həmçinin Barselona Universitetinin Kataloniya Milli Bədən Tərbiyəsi İnstitutunda dərs deyib.

Silviya Tuia klubun 148 illik tarixində “Mançester Yunayted”də işləyən ilk qadın məşqçi olacaq.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm