İkardinin İtaliyaya qayıtmaq şansı yarandı - Qarşısında bir maneə var
Bizi izləyin

İdman

İkardinin İtaliyaya qayıtmaq şansı yarandı - Qarşısında bir maneə var

İkardinin İtaliyaya qayıtmaq şansı yarandı - Qarşısında bir maneə var

“Qalatasaray”dan ayrıldıqdan sonra klubsuz qalan Mauro İkardi yenidən İtaliya futboluna qayıda bilər. Argentinalı hücumçunun adı sabiq klubu “İnter”lə yanaşı, “Yuventus”la da hallanır.

Publika.az xəbər verir ki, İtaliyanın “Tuttomercato” nəşri təcrübəli hücumçunun qış transfer pəncərəsində mümkün keçidini gündəmə gətirib.

İkardi “Qalatasaray”da keçirdiyi dörd mövsümdə komandanın qazandığı çempionluqlarda mühüm rol oynayıb. Müqaviləsinin başa çatmasından sonra İstanbul təmsilçisindən ayrılan futbolçu indiyədək heç bir klubla anlaşmayıb. Onun “İnter”, “Yuventus” və “Real Betis”ə keçəcəyi ilə bağlı xəbərlər yayılsa da, konkret razılaşma əldə olunmayıb.

Məlumata görə, “İnter”in hücum xəttində yaranan problemlər İkardinin mümkün transferini yenidən gündəmə gətirib. Lautaro Martines və Ange-Yoan Bonni ilə yanaşı, Markus Türamın da zədələnməsi Milan klubunun hücumçu axtarışını aktuallaşdıra bilər.

İkardinin adı əvvəllər “İnter”ə qayıdışla bağlı da hallanıb. Hətta argentinalının İtaliya klubuna keçmək istədiyi bildirilsə də, rəhbərlikdən müsbət cavab almayıb. Klub prezidenti Cüzeppe Marotta hücumçunun “İnter”ə böyük xidmətlər göstərdiyini etiraf etsə də, onun hazırkı transfer planlarına daxil olmadığını açıqlamışdı.

Digər tərəfdən, İkardinin “Yuventus”a keçidi ehtimalı da müzakirə olunur. Ancaq bu variantın qarşısında baş məşqçi Luçano Spalettinin dayanması əsas maneə kimi göstərilir.

Beləliklə, qış transfer pəncərəsinə təxminən ay yarım qalmış klubsuz hücumçunun gələcəyi ilə bağlı yeni ehtimallar ortaya çıxıb. İkardinin hansı komandada karyerasını davam etdirəcəyi isə hələlik məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm