İdman
“Bavariya” Vinisius qalmaqalının qəhrəmanını transfer etmək istəyir - 100 milyon avroya
Almaniyanın “Bavariya” klubu “Benfika”nın gənc hücumçusu Canluka Prestyanni ilə maraqlanır. Lakin argentinalı futbolçunun transferi üçün 100 milyon avroya qədər vəsait tələb oluna bilər.
Publika.az xəbər verir ki, bu barədə portuqaliyalı jurnalist Pedro Sousa məlumat yayıb.
Jurnalistin sözlərinə görə, 20 yaşlı vingeri izləyən klublar arasında “Bavariya” ilə yanaşı, PSJ də var. Fransa təmsilçisinin yaxın vaxtlarda Lissabon klubuna rəsmi təklif göndərmək niyyətində olduğu bildirilir.
Prestyanni 2024-cü ilin yanvarından “Benfika”da çıxış edir. Onun Portuqaliya klubu ilə müqaviləsi 2029-cu il iyunun 30-dək qüvvədədir. Bu isə mümkün transferin asan başa gəlməyəcəyini göstərir.
Argentinalı futbolçu cari mövsümdə bütün turnirlərdə keçirdiyi 20 oyunda 12 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, artıq komandanın əsas heyət oyunçularından birinə çevrilib.
Prestyanni yalnız meydandakı çıxışı ilə deyil, qalmaqallı hadisə ilə də gündəmə gəlib. O, ötən ilin fevralında Çempionlar Liqasında “Benfika” ilə “Real Madrid” arasında keçirilən qarşılaşmada Vinisius Junioru irqçi ifadələrlə təhqir etməkdə ittiham olunub. Futbolçunun həmin vaxt ağzını əli ilə örtməsi də müzakirələrə səbəb olub. UEFA argentinalıya altı oyunluq diskvalifikasiya cəzası verib. Cəzanın üç oyunu şərti xarakter daşıyıb.
“Bavariya”nın Prestyanniyə marağının səbəblərindən biri də hücum xəttində alternativləri artırmaq istəyidir. Münhen təmsilçisi zədəli Luis Diasın yükünü azaltmaq üçün yeni cinah oyunçusu axtarır. Bununla belə, Almaniya klubunun bu transferə on milyonlarla avro xərcləməyə nə dərəcədə hazır olduğu sual altındadır. “Bavariya”nın daha çox münasib qiymətə uzunmüddətli alternativ axtardığı bildirilir.
-
İnanc06:46Ramazan ayı nə vaxt başlayır?
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır













.jpg)






.jpg)















