İdman
“Çelsi” Mudriklə bağlı qərar verib?
Fabritsio Romano cəzası azaldılan və futbola qayıtmasına icazə verilən “Çelsi”nin cinah yarımmüdafiəçisi Mixail Mudrikin gələcəyi ilə bağlı fikirlərini bildirib.
Publika.az xəbər verir ki, bu barədə insayder özünün “YouTube” kanalında paylaşım edib.
İtaliyalı mütəxəssisin sözlərinə görə, futbolçunun taleyi tezliklə həll olunacaq. O, “mavilər”lə məşqlərə qayıdacaq və bundan sonra londonlular bir il yarımdan çoxdur oynamayan ukraynalı ilə nə edəcəklərinə qərar verəcəklər.
“Çelsi yaxın həftələrdə Mudriki qiymətləndirəcək və onu saxlamaq, yoxsa getmək imkanı vermək istəyib-istəmədiklərinə qərar verəcək. Bəlkə də icarəyə. Görək nə olacaq.
Hazırda Mudrik sadəcə meydanda komanda yoldaşları ilə birlikdə olmaq, futbol oynamaq və bacarıqlarını nümayiş etdirmək istəyir. O, bir müddətdir ki, təkbaşına məşq edir. Mudrik hazırdır və görək bundan sonra nə olacaq”, – Romano deyib.
İyulun 31-də İdman Arbitraj Məhkəməsi (CAS) Mixail Mudrıkın antidopinq qaydalarını pozduğuna görə dörd illik cəzasına qarşı apellyasiya şikayətini qismən təmin edib. Qərarda futbolçunun dərhal yarışlara qayıda biləcəyi bildirilib.
-
Avropa15:26Kimə nə qədər pul ayrılacağına Lyayen qərar verəcək - Aİ-də 2 trilyon avroluq qalmaqal
-
Region13:36Rusiyanın “qaz şantajı” – Paşinyan hansı ssenariləri nəzərdən keçirir?
-
Region13:18Ermənistanda maşınların sayı artır, tıxac yaranır - Paşinyan həll yolunu göstərdi
-
Sosial11:54Cefri Verbokun keçmiş azərbaycanlı xanımı bu məşhur nəsildən imiş - FAKTLAR
-
Rəsmi xronika11:14Prezident İlham Əliyev Si Cinpini təbrik etdi
-
Elm və təhsil10:48İnsanlar üçün nümunə: Görün dalaşan meymunlar necə barışırlar
-
Sosial10:24Bu şəxslər maaşdan əlavə pul alacaq
-
Rəsmi xronika10:22İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
















.jpg)



.jpg)
















